Əbülfəz Elçibəyi KQB agenti adlandırdı

18-07-2019, 20:26 443 dəfə baxılıb

Əbülfəz Elçibəyi  KQB agenti adlandırdı

Xaricdə yaşayan QHT rəhbəri, AXC-nin fəallarından olmuş Leyla Yunus iyulun 17-də Sevinc Osmanqızının onlayn tv kanalına müsahibə verib.

O, müsahibəsində sabiq prezident Əbülfəz Elçibəyi Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) agenti adlandırib, onun 70-ci illərdən Heydər Əliyevə işlədiyini iddia edib. Maraqlıdır ki, cəbhəçilərdən heç biri Leyla Yunusun bu ittihamına cavab verməyib.

Görünür, bunun iki səbəbi var:

1.Əbülfəz Elçibəyin gözdən salınması Əli Kərimliyə və onun yaxın ətrafına sərf edir. Çünki belə olan halda, Əbülfəz Elçibəy deyil, Əli Kərimli Xalq Cəbhəsinin şəriksiz lideri olur.

Əli Kərimli Leyla Yunusla münasibətləri korlamaq istəmir, çünki onun vasitəsilə xarici fondlardan külli miqdarda qrant alır. Belə olmasaydı, 2016-cı ilin payızında Xədicə İsmayıl və dəstəsinin deyil, məhz Leyla Yunusun Oktay Gülalıyevlə birlikdə hazırladığı “siyasi məhbus” siyahısına dəstək verməzdi. Həmin siyahının təqdimat mərasimində iştirak etməzdi.

O da maraqlıdır ki, Sevinc Osmanqızı öz kanalında Əbülfəz Elçibəyə ifrat mənfi münasibəti ilə seçilən Leyla Yunusa və onun qaynı Ramis Yunusa səxavətlə yer verir, onların diliylə Elçibəyi təhqir etdirir. Görünür, S. Osmanqızı Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsinin Ayaz Mütəllibov rejiminə qarşı mübarizəsini və onu hakimiyyətdən devirməsini heç cür bağışlaya bilmir. Çünki mərhum atası Osman Mirzəyev də Ayaz Mütəllibovun komandasında yüksək vəzifə sahibi idi. İsgəndər Həmidovun təbirincə desək, “Mütəllibovun fanatı” idi.

Leyla Yunusun açıqlamasından sitat: “Əbülfəz Elçibəy Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün müvəqqəti seçilmiş insan idi. O, dərk edilmiş şəkildə həbsdən çıxandan sonra - 1976-cı ildən Heydər Əliyevə işləyirdi. Elçibəy Sovet İttifaqı dövründə rejim barədə yalan və böhtan yaydığına görə həbs olunmuşdu, cəmi 1 ildən sonra azadlığa çıxdı. Onun azadlığa çıxmasının ciddi səbəbləri var idi. Bu səbəblərdən biri KQB ilə əməkdaşlıq ola bilər. Sonrakı araşdırmalar onu göstərir ki, elə məhz KQB ilə əməkdaşlığa razı olması onun azadlığa çıxmasının əsas səbəbi idi... Elə maddə ilə ittiham olunan Elçibəy AMEA Əlyazmalar İnstitutuna işə düzəldi, təşəkkürünü bildirmək üçün Heydər Əliyevin portretini öz otağından asdı. Hətta cəbhəçilərə də göstərirdi... Lalə Şövkətin dediyini olduğu kimi sitat gətirəcəm. O deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Heydər Əliyev mənə Naxçıvandan zəng elədi və dedi ki, onda olan məlumata görə, Elçibəy prezidentliyə namizədliyini irəli sürəcək. Mən Moskvadan Bakıya gəldim, Elçibəydən soruşdum ki, bu doğrudurmu? Elçibəy and içdi ki, prezidentliyə namizədliyini irəli sürməyəcək. Prezident yeri Heydər Əliyevə məxsusdur. O zaman qanun var idi ki, 65 yaşdan yuxarı olan vətəndaşlar Azərbaycanın prezidenti ola bilməz. Ona görə də Heydər Əliyevə KQB-də “verbovka” olunmuş şəxsi gətirmək lazım idi ki, ötürücü funksiyası daşısın. Belə də edildi. Elçibəy hakimiyyəti ələ keçirdi, sonra uyğun vaxtda onu H.Əliyevə ötürdü. 1992-1993-cü illərdə H.Əliyev minimum 2 dəfə Bakıya gəlmişdi. O, Elçibəyi təlimatlandırırdı...”

Leyla Yunusun bu müsahibəsini sosial şəbəkədə paylaşan insanlar, AXCP sədri Əli Kərimlinin yaxın ətrafını, o cümlədən Fuad Qəhrəmanlını tağ edərək, məsələyə münasibət bildirilməsini istəsələr də, AXCP funksionerləri susublar...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR