İrəvanda nümayişçiləri güllələyən erməni generalı Azərbaycana nə bağlayır? - FAKTLAR

9-08-2019, 21:13 465 dəfə baxılıb


İrəvanda nümayişçiləri güllələyən erməni generalı Azərbaycana nə bağlayır? - FAKTLAR

BBC-nin Rusiya xidməti Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə bağlı gizli istintaq sənədlərini əldə edib.

Azerinfo.tv xəbər verir ki, telekanalın həmin hadisələrə bağlı araşdırmasının nəticələri Ermənistan cəmiyyətində ciddi gərginlik doğurub.

Belə ki, 2008-ci il 1 mart hadisələrində müxalifət nümayəndələrinə atəş açan şəxslərin Yerevana Dağlıq Qarabağdan gətirildiyi aydınlaşıb. 20 nəfərlik həmin silahlı qrupa qondarma “Qarabağ Respublikasının müdafiə nazirinin müavini” postunu tutmuş general-mayor Samvel Karapetyan başçılıq edib.

Məhz onun başçılıq etdiyi dəstə Yerevan küçələrində nümayişçilərə odlu silahdan atəş açaraq, 10 nəfəri öldürüb. Onun addımları o zamankı prezident Robert Koçaryan və yeni seçilmiş prezident Serj Sarkisyanın dəstəyi ilə atılıb.

Qarabağ klanının ən radikal və amansız üzvlərindən olan Samvel Karapetyanı Azərbaycana bağlayan amillər də az deyil.


Samvel Cəmiloviç Karapetyan 1962-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Gənclik illərində müxtəlif istehsalat müəssisələrində çalışan Karapetyan uşaq yaşlarından Ohanov, Ohanovski ləqəbləti ilə tanınıb. Qarabağ müharibəsi zamanı o məhz “Ohanovski” ləqəbi ilə məşhurlaşmışdı. Maraqlıdır ki, Ohanov onun anasının qızlı soyadı idi. Karapetyanın anasının qardaşı, yəni doğma dayısı isə SSRİ və Rusiyanın tanınmış kriminal avtoritetlərindən biri, “qanuni oğru” Rudolf Ohanov idi. Bakıda doğulduğu üçün “Rudik Bakinski” ləqəbi ilə tanınan Rudolf Ohanov 1998-ci ildə Moskvada “Ded Xasan”la kriminal müharibə zamanı öldürülmüşdü. Ana tərəfi Bakıda yaşadığı üçün Samvel Karapetyan 80-ci illərin sonuna qədər tez-tez Azərbaycan paytaxtına gəlirdi.

1988-ci ildə Qarabağda vüsət alan separatçı hərəkatın aktiv iştirakçılarından birinə çevrilən Samvel Karapetyan 1988-ci il fevralın 22-də Əsgəranda 2 azərbaycanlının ölümü ilə nəticələnən insidentin iştirakçısı olub. O, hətta hadisədən sonra qəzəblənmiş Ağdam sakinlərinin qarşısını kəsmək üçün Xankəndində özünə dəstə də toplamışdı.

Kriminal dairələrə yaxın olan S.Karapetyan Qarabağdakı separatçı hərəkat liderləri ilə sıx əlaqəyə girərək, Azərbaycan torplaqlarına qarşı təcavüzdə iştirak etmək üçün Xankəndində alay yaradır. Məqsəd qanunsuz silahlı birləşmələrin köməyi ilə talançılıq etmək və sərvət toplamaq idi.

1993-cü ildə sayı 1500 nəfər çatan alay 20-yə qədər Azərbaycan kəndinin işğalında, dinc sakinlərə qarşı işgəncə və qətllərdə iştirak edir. Buna görə ona separatçıların ən yüksək "mükafatı" - 1-ci dərəcıli “Döyüş xaçı”, “Qızıl qartal” ordenləri təqdim olunub.

Lakin Karapetyanın qələbə sevinci çox çəkmir. Dinc əhaliyə divan tutmağı sevən general-mayor 1993-cü ilin martında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə güllə yarası alır. Müalicədən sonra o öz alayı ilə Füzuli-Cəbrayıl istiqamətində döyüşlərə qatılır. 1994-cü il yanvarın 5-də isə Milli Ordumuzun məşhur Horadiz əməliyyatı zamanı onun alayı darmadağın edilir, yüzlərlə döyüşçüsünü və hərbi texnikasını itirən Samvel Karapetyan ağır yaralanır. Yalnız 4 saatlıq əməliyyatdan sonra o, sağ qala bilir.

Müharibə başa çatdıqdan sonra separatçı birləşmlərdə xidmət keçən Karapetyan 2000-ci ildə qondarma rejimin “müdafiə nazirinin müavini” postuna təyinat alır və 2019-cu ilin iyununda istefaya göndərilir. Onun istefaya göndərilməsində istintaq materialları ilə tanış olan və 2008-ci il hadisələrində müxalifətçi kimi aktiv olan Nikol Paşinyanın həlledici rol oynadığı məlumdur. Təsadüfi deyil ki, Ermənistan mətbuatı Qarabağ klanının aktiv iştirakçılarından olan və dinc əhaliyə zorakılıq etməyi sevən Samvel Karapetyanın Paşinyanı devirmək planlarından yazır.

Həyatı boyu çoxsaylı cinayətlər törədən Samvel Karapetyanın Ermənistan hakimiyyəti tərəfindən həbs olunmaması, onun yalnız şahid kimi istintaqa cəlb olunması isə həm araşdırma aparan BBC, həm ölkə ictimaiyyətinin, həm də hüquqşünasların təccübü ilə qarşılaşır. modern.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR