Əli Kərimlinin sağlam tənqidə dözümsüzlüyü

9-09-2019, 17:53 340 dəfə baxılıb

Əli Kərimlinin sağlam tənqidə dözümsüzlüyü


30 ilə yaxındır ki, hakimiyyətə gəlmək eşqi ilə yaşayan, bunun üçün istənilən addımı atmağa hazır olan, yeri gələndə ermənilərlə belə əməkdaşlıq etməkdən çəkinməyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qarşısına qoyduğu məqsəd və vəzifələri reallaşdıra bilmədikcə daha təhlükəli olmağa başlayır. AXCP sədri indi o qədər də təhlükəli olub ki, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinmir. Ac-yalavac vəhşi heyvanlara xarakterik obrazı kimi ətrafında olan hər kəsə demək olar ki, saldıran, onlara zərər yetirən Kərimli nə etika nəzərə alır, nə böyük-kiçik, nə də müttəfiqlik. Yaxın tariximizdə qarşılaşdığımız situasiyalar, üzləşdiyimiz hadisələr belə deməyə əsas verir. Üzü Əbülfəz Elçibəydən bu tərəfə kimlərə xəyanət edib, onları zərərsizləşdirmək istəmədi Əli Kərimli? Uzun illər eyni yolu gələn müttəfiqləri Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, İsgəndər Həmidov, daha kimlər-kimlər. Bütün incikliklər, parçalanmalar da Kərimlinin tənqidə dözümsüzlüyündən qaynaqlandı. Özü də Kərimliyə xas olan qərəzçilikdən, qara yaxmaqdan, böhtan atmaqdan deyil, sağlam tənqiddən dolayı AXCP sədri ilə keçmiş müttəfiqlərinin yolu ayrıldı. Özünü toxunulmaz zənn edən, heç bir haqlı iradı qəbul etməyən Əli Kərimli indi də eyni mübarizəni nə qədər gülməli olsa da övladı yaşında olan gənclərlə aparır. Nədən? Çünki bir vaxtlar Kərimlinin çılğın dolu çıxışları, verdiyi vədlərə inanan gənclər artıq AXCP sədrinin indiyə qədər hava üfürdüyünün fərqindədirlər. Gənclər indi başa düşürlər ki, Kərimli indiyə qədər müttəfiqlərini, xalqı necə aldadıbsa, gəncləri də o cür aldadır. Əks təqdirdə dünənə qədər Kərimlinin başına and içənlər bu gün AXCP sədrinə qarşı qiyam qaldırmazdılar. Əslində isə bunu heç də qiyam deyil, həqiqəti görmək, Kərimlinin iç üzünə bələd olmaq kimi dəyərləndirsək daha dolğun alınar.

Elə bu günlərdə Avropada mühacir həyatı yaşadığını iddia edən İsmayil Cəlilovun sosial şəbəkələr, youtube üzərindən Kərimliyə ünvanladığı suallar, eyni zamanda ittiham və haqlı iradlar da belə deməyə əsas verir. Bir vaxtlar Kərimlinin xeyir-duası ilə Avropaya pənah aparmış gənclərdən olan İsmayil Cəlilovun söylədiklərindən belə aydın olur ki, bu günə qədər Kərimlinin Azərbaycana gətirəcəyi demokratiya, "xoş gələcək" uğrunda mübarizə aparmasına təəssüf edir. Çünki demokratiya, insan hüquq və azadlıqları, xoş gələcəkdən ağız dolusu danışan AXCP sədri özü heç bir səlahiyyət və vəzifə sahibi olmadan demokratik prinsiplərə qarşı çıxır, demokratiyanın əsas göstəricilərindən biri sayılan fikir, söz azadlığına qarşı çıxır, müstəqil medianın inkişafına mane olur. Çünki müstəqil media Kərimlinin saxtakarlıqlarını, hakimiyyətlə mübarizənin dövlətçiliklə mübarizə ilə qarışdırmasını, eləcə də digər mənfi tendensiyaları açıb ortaya qoyur, Kərimlidən bütün bunlara görə cavab verməyi tələb edir. Necə ki, keçmiş ANS-çi, hazırda xaricdə jurnalist fəaliyyəti ilə məşğul olan və son günlərə qədər Əli Kərimliçi kimi tanınan İsmayıl Cəlilov bunu edir. Ancaq Kərimli bunun qarşılığını, daha doğrusu cavabını necə verir? Təbii ki, öz əxlaqı, tərbiyəsi, "mübarizə texnologiyasına" uyğun. Onu haqlı olaraq tənqid edən, irad bildirənləri ətrafındakı bir neçə trolla, eyni zamanda şərti adlarla özünün belə açmış olduğu facebook profilləri təhqir etdirmək, söydürməklə. Qeyd etdiyimiz kimi bu günlərdə İsmayil Cəlilovun başına gətirilənlər bunun əyani sübutudur. Sosial şəbəkə üzərindən yaydığı proqramda D-18 Hərəkatənın sədri Ruslan İzzətli ilə müxalif düşərgədə baş verən proseslər, Əli Kərimlinin uğursuz fəaliyyəti barədə müzakirə edən Cəlilov proqram başa çatar-çatmaz AXCP sədrinin trollarının facebook üzərindən zərbələri ilə üzləşib. Bununla Kərimli bir tərəfdən sağlam tənqidə dözümsüz olduğunu sübuta yetiribsə, digər tərəfdən azad sözə qarşı çıxdığını ortaya qoyub. Belə çıxır ki, Kərimli üçün istər demokratiya, istərsə də azad media, azad söz yalnız onu tərifdən ibarət olmalıdır. Və heç kim ölkədə, eləcə də dünyada mövcud olan fikir, söz, məlumat azadlığından istifadə edərək Kərimlini tənqid edə bilməz. O halda, AXCP sədrinin demokratiya, fikir, söz azadlığından dəm vurması nə dərəcədə məntiqlidir? (Olaylar.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR