"Rusiyadadakı resurslarımızı Azərbaycan dövlətçiliyi əleyhinə də istifadə edən qüvvələr var"

10-09-2019, 22:03 235 dəfə baxılıb

 "Rusiyadadakı resurslarımızı Azərbaycan dövlətçiliyi əleyhinə də istifadə edən qüvvələr var"

"Azərbaycanın ən böyük dərdi - Qarabağdır. Bəs Qarabağ haradan başlayır? Şuşadan? Xankəndindən? Bəlkə Azərbaycan - Ermənistan sərhəddindən? Cavab : heç birindən. Qarabağ Azərbaycandan çox-çox uzaqlardan başlayır. Hər bir dövlətin milli təhlükəsizliyi, təhlükəsizliyinə təhdidlər minlərlə km uzaqlardakı ərazilərdə həllini tapmalıdır. Hələ XVII əsrdə hakimiyyətdə olan XII KARL İsveçin apardığı müharibələrə haqq qazandırmaq üçün belə deyirdi: İsveçin təhlükəsizliyini qorumaq üçün qonşularla müharibələrə ehtiyac var". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

Onun sözlərinə görə, əgər bunu müasir leksikona uyğunlaşdırsaq, belə başa düşülür ki, hər bir dövlətin milli maraqlarının reallaşması təkcə ölkə daxilində deyil, həm də ölkə xaricindəki çağırışlardan asılıdır: "Bu çağırışlardan biri də diasporalarımızdır. Təbii ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında ölkədən kənarda yaşayan soydaşlarımız mühüm yer tuturlar. Bu sahədə Rusiyadakı həmyerlilərimizi xüsusi qeyd etmək lazımdır. Onların hər il ölkə iqtisadiyyatında pul köçürmələri və investisiyalar vasitəsi ilə oynadıqları rol təsəvvür etmədiyiniz qədərdir. Təxmini statistikaya əsasən, hər il Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülür. Bununla bərabər, ADNA terroru, Gəncə hadisələri bir daha göstərdilər ki, oradakı resurslarımızı Azərbaycan dövlətçiliyi əleyhinə də istifadə edən qüvvələr vardır".

Politoloq hesab edir ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlılar ölkədən uzaqda olsalar da, respublikamızın siyasi, iqtisadi, təhlükəsizlik sahələrində heç də az əhəmiyyətli çəkiyə malik deyillər: "Təəssüflər olun ki, diaspora sahəsində biz birlik, təşkilatlanma kimi məsələlərdə, bir sıra problemlərlə üzləşməkdəyik. Rusiyada milyonlarla azərbaycanlının yaşadığını nəzərə alsaq bu problem daha da aktual hal alır. Bu illər ərzində demək olar kı, məqsədsiz və nəticəsiz şəkildə təşkilatlanmış bütün təşkilatlarımız artıq real fəaliyyətə keçməlidirlər. Son vaxtlar Rusiyadakı diaspora təşkilarları ətrafında baş verənlər göstərir ki, kimlərsə bizim güclü, həmrəy olmağımızdan narahatlıq keçiriməkdədir. Olduqca mürəkkəb diaspora quruluşuna malik olan Rusiyada milyonçularımız, ziyalılarımız, böyüyündən-kiçiyinə kimi hər birimiz həmrəylik nümayiş etdirməliyik. Bir daha qeyd edirəm ki, Azərbaycan milli maraqları, milli təhlükəsizliyimiz Rusiyadakı həmyerlilərimiz mövzusunu olduqca aktual edir. Hadisələr Bakının nəzarəti altında olmalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR