Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır?

11-09-2019, 11:13 13 dəfə baxılıb


Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır?
Sabiq nazir milyonlar xərcləyərək canını qurtarmışdı; onun Bakıda və bölgələrdə olan mülklərinin, ailə üzvlərinin adına xarici ölkələrdə olan əmlaklarının dəyəri milyonlarla ölçülür

Bir neçə gündür ölkə mətbuatında müzakirə mövzusu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamalardır.

Hakim partiyanın funksioneri sensasion sayılacaq açqılamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər.

S.Novruzov deyib ki, keçmiş nazirlər 10-20 il vəzifədə qalıblar, hərəsi özünə milyardlar qazanıb, amma son zamanlar müxalifətin hökumətə qarşı hücumlarına heç bir reaksiya vermir, mövqelərini bildirmirlər.

Eks-nazirlərə xəbərdarlıq edən S.Novruzov həmin nazirlərin bəzilərinin xaricdə oturanları maliyələşdirdiyini də açıqlayıb. Əlavə edib ki, həmin sabiq nazirlərlə bağlı dosyelər masa üzərindədir və onların kimlərə maliyyə ayırdığı aydındır.

Siyavuş Novruzovun haqqında danışdığı sabiq nazirlər kimlərdir? Onlar heç şübhəsiz ki, rabitə naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, MTN naziri olmuş Eldar Mahmudovdur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR