Düşmən gələn ay Laçının Qarıqışlaq kəndində üçmərtəbəli məktəb istifadəyə verəcək...-FOTO

19-09-2019, 21:53 388 dəfə baxılıb


Düşmən gələn ay Laçının Qarıqışlaq kəndində  üçmərtəbəli məktəb istifadəyə verəcək...-FOTO

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Laçın rayonunun “Tandzut”(yaxud "Sisernavank") adlandırılmış Qarıqışlaq () kəndindəki 3 mərtəbəli məktəb “Tüfengyan” xeyriyyə fondu tərəfindən təmir edilir.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, məktəbin təmiri 2019-cu ilin mayından başlanıb. Hələlik iki mərtəbə təmir olunur. Birincə mərtəbədə direktor kabineti, hərbi kabinə, 1 sinif otağı, kompüter otaqları və iclas zalı, ikinci mərtəbədə isə 10 sinif otağı olacaq.

Azərbaycan torpağında erməni balalarına təhsil verəcək məktəbin oktyabrın əvvəlində istifadəyə veriləcəyi gözlənilir...


P.S. Bəs biz hələ neçə il məktəbli balalarımızı “Qarabağ tezliklə azad olunacaq” -deyə aldadacağıq?..

Qeyd: Bəzi mənbələr Laçın rayonunun Quşçu kəndinin "Tandzut", qonşu Qarıqışlaq kəndinin isə "Sisernavank" adlandırıldığını bildirir. Lakin dəqiq məlumata görə, işğaldan öncə üçmərtəbəli məktəb məhz Qarıqışlaq kəndində olub.

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR