Ermənilər İsraildə hərəkətə keçdi : Qondarma soyqırımla bağlı abidə ucaldılacaq!

10-10-2019, 23:26 62 dəfə baxılıb

Ermənilər İsraildə hərəkətə keçdi : Qondarma soyqırımla bağlı abidə ucaldılacaq!

Ermənilər İsraildə qondarma “erməni soyqırımı” ilə bağlı abidə ucaldacaq.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə “Ermənistan-İsrail” İctimai Forumunun həmsədri Aleksandr Zinker məlumat verib.

A.Zinkerin sözlərinə görə, İsrail tərəfi belə bir abidənin inşası üçün icazə versə də, abidə ermənilərin öz vəsaiti hesabına ucaldılacaq. Artıq abidənin inşası üçün gərəkli olan vəsaitin əldə edilməsi ilə bağlı ianə kampaniyasının başladıldığı vurğulanır. Abidənin İsrailin Petah Tikva şəhərində ucaldılması planlaşdırılır.

Xatırladaq ki, əgər İsraildə həqiqətən də belə bir abidənin ucaldılması reallaşarsa, bu ermənilərin yəhudi dövlətində həyata keçirdiyi ilk ciddi “anti-türk əməliyyatı” olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR