Azərbaycanda deputatlığa namizədlərə pul veriləcək? - QANUNVERİCİLİK

25-10-2019, 11:05 135 dəfə baxılıb

Azərbaycanda deputatlığa namizədlərə pul veriləcək? - QANUNVERİCİLİK


Milli Məclisə növbəti seçkilər 2020-ci ilin noyabr ayında keçiriləcək.

Artıq parlament seçkiləri ilə bağlı 2020-ci ilin büdcə zərfində ayrılacaq vəsait də müəyyənləşib. Belə ki, 2020-ci il dövlət büdcəsinin zərfində seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Maraqlıdır, həmin puldan seçkidə namizəd kimi iştirak edəcək şəxslərə də ödəniləcəkmi?

Qanunvericilikdə bununla bağlı müvafiq maddə olsa da, konkret məbləğ göstərilməyib. Seçkiqabağı təşviqatla bağlı namizədlərə büdcədən vəsaitin ayrılması nəzərdə tutulsa da, Seçki Məcəlləsində məbləğlə bağlı konkret tələb yoxdur. Məbləğlə bağlı məsələyə MSK-nın iclasında baxılır və qərar qəbul olunur.

Maddə 70. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları

70.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əməkhaqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əməkhaqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən, xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir.

Məsələn, 2005-ci il parlament seçkilərində hər bir deputatlığa namizədə 200 manat verilib. Beynəlxalq təcrübədə də bu məsələ qanunvericiliklə tənzimlənir. Məsələn, bu günlərdə Özbəkistanda qanunverici orqan olan Məclisə seçkidə iştirak edəcək deputatlığa namizədlərə seçkiqabağı təbliğat üçün 10.8 milyon som (1944 AZN) veriləcəyi açıqlanıb. Daşkənd Şəhər Xalq Deputatları Məclisinə namizədlərə 2 milyon som (360 AZN), rayon və şəhər məclislərinə deputatlığa namizədlər üçün isə 1 milyon som (180 AZN) veriləcək. Bu vəsait dövlət büdcəsindən ayrılacaq. Ümumilikdə isə bu il keçiriləcək parlament seçkilərinə hökumət 25 milyon dollar ayıracaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR