Milli Məclisin “üz qaraldan” deputatları

19-12-2019, 12:22 124 dəfə baxılıb

Milli Məclisin “üz qaraldan” deputatları

Bəlli olduğu kimi, Prezident İlham Əliyev Milli Məclisin buraxılması və 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Buna səbəb parlamentdəki çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların müraciəti əsasında Milli Məclisin parlamentin buraxılması ilə bağlı qərarı və ölkə başçısına müraciətidir.

Milli Məclisin buraxılması mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Bu bir reallıqdır ki, mandat daşıdıqları dövrdə bir sıra deputatlar yalnız fəaliyyətsizlikləri və gündəmə gəldikləri qalmaqallarla yadda qalıblar. Onların bu davranışları həm üzvü olduqları parlamentin, həm də təmsil etdikləri siyasi partiyaların nüfuzunu zərbə altında qoyub.

Millət vəkilləri Hadi Rəcəbli, Araz Əlizadə, Ağacan Əbiyev, Hüseynbala Mirələmov bu mənada digər həmkarlarını “üstələyərək”, xüsusi diqqət çəkiblər. Onların zaman-zaman mətbuata verdikləri qalmaqallı açıqlamalar uzun müddət müzakirə mövzusuna çevrilərək, vətəndaşların ciddi hiddətinə səbəb olub.

Mətbuatda yer alan məlumatlar göstərir ki, bir sıra millət vəkilləri isə ümumiyyətlə Milli Məclisin iclaslarında çıxış etmir, hər hansı qanunvercilik təşəbbüsü irəli sürmür, ciddi cəhdlə seçiciləri və ictimaiyyət nümayəndələri ilə təmasdan yayınırlar. Bu qəbildən olan deputatlar medianın gündəminə yalnız barələrində səsləndirilən şikayətlər və qalmaqallar vasitəsilə gəlirlər.

Editor.az bu qəbildən olan millət vəkillərinin siyahısını və haqlarında mətbuatda dərc olunan yazılardan başlıqları hissə-hissə oxucularına təqdim edir

Hacı Salayev(44 saylı Sumqayıt-Xızı seçki dairəsi): 9 ildir ki, Milli Məclisdə təmsil olunan Hacı Salayevi də parlamentin ən qalmaqallı və susqun üzvlərindən hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Deputat Hacı Salayev Kəmaləddin Heydərovla yollarını ayırır?”(milletinsesi.info); “Seçiciləri Hacı Salayevi “əldə çıraq gəzir”: MTN zabitinin – Dosyesi”(AzEuroNews.com); “Hacı Salayev millət vəkilidir, yoxsa biznesmen polkovnik?”(yenixeber.org); “Parlament jurnalistləri deputatı belə xarakterizə etdilər: “Hacı Salayevin adını eşidib, üzünü görməmişik”(modern.az); “Konstitusiyaya qarşı gedən deputat – Hacı Salayev”(savash.org);
“Hacı Salayev keçmiş nazirin çörək zavodunu ələ keçirib?”(AzFakt.com); “Hacı Salayev – xeyirxahlıq və təəssübkeşlik nümunəsi”(gununxeberi.az)

İqbal Məmmədov(78 saylı Lerik seçki dairəsi)-Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Deputat İqbal Məmmədov “Relax”a gələn vergi işçilərini döydürdü – ŞOK VİDEO”(unikal.org); “Onu yalnız Relax-da görə bilirik, o da içkili halda’ – Hacı olan İqbal Məmmədov haqda fikirlər(Azxeber.com); “Deputat İqbal Məmmədov kəndlilərin istifadə etdiyi suya qan axıdır – ŞOK GÖRÜNTÜLƏR”(24saat.org); “Lal deputat”: İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub”(sfera.az); Deputat İqbal Məmmədov mühafizəçini döyüb – İDDİA(milliyol.az); Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır(report.az); Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananlar var(milliyol.az); Deputat mənzil fırıldağının qurbanı olub – 654 min dolları batıb(www.mediatv.az); “Deputat İqbal Məmmədov xuliqanlıq edib?-ZİYAFƏT ƏSGƏROVA ŞİKAYƏT”(tezadlar.az); “Deputat İqbal Məmmədov 1500 Lerik sakininə “Kərbəla müsibəti” yaşadır”(tendensiya.com);

Əsabil Qasımov (79 saylı İmişli seçki dairəsi): Əsabil Qasımovun da adı tez-tez Milli Məclisin iri biznesmen deputatları və qalmaqallı üzvləri sırasında çəkilir. “Karat Holdinq”in sahibi olan millət vəkilinin seçicilərlə görüşlərini, Milli Məclisdə çıxışlarını əks etdirən hər hansı məlumata rast gəlinmir. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Əsabil Qasımovu deputatdan çox, şirkət sahibi kimi tanıyırıq” – Parlament jurnalistləri deputatı xarakterizə etdilər(modern.az); “Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm…”(virtualaz.org); “Deputatın oğlu kimə zor tətbiq edib? – Əsabil Qasımov haqda şok iddia”(mia.az); “Deputat Əsabil Qasımovdan prezidentə şikayət olundu “(millet.az); “Deputat Əsabil Qasımov Rusiyada 1,5 milyarda sanatoriya tikdirib”(gundeminfo.az); “ŞOK: Karmen” ununu Ermənistanda “Armen” adı ilə satışa çıxaran kimdir? – Əsabil Qasımov haqda ilginc iddialar”(azertaym.az); “Deputat Əsabil Qasımov un məmulatlarını bahalaşdırdı”(azerbaycaninfo.az); “Oliqarx-deputat Əsabil Qasımov iş adamını intihar həddinə çatdırıb”(xezernews.az); “Əsabil Qasımov: Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib”(yap.org.az)

Ağalar Vəliyev (97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi): Artıq 7 ildir ki, parlamentdə təmsil olunan A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az);
“Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki… – Siyahı yayıldı – Fotolar”(reyting.az); “Deputat Ağalar Vəliyev “Kristal Abşeron”dan Mahmudov çetesinə nələr verib?”(xalqxeber.az)

Sona Əliyeva(99 saylı Şəmkir kənd Seçki Dairəsi)-Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

“Deputat Sona Əliyeva mərhum atasının bütün əmlakını adına keçirib?”(xural.com); “Deputat Sona Əliyeva ilə bağlı biyabırçı xəbərlər yayılır-İTTİHAM”(teref.info); “Azərbaycanlı deputat anasını dəlixanaya saldırmaq istəyir – biabırçı əmlak davası”(lent.az): “DEPUTAT FALÇI ÜMİDİNƏ QALIB?-İDDİA”(xeber.info); “Bu, tariximizə olan böyük ehtiramdır” – SONA ƏLİYEVA”(etikxeber.az);

QEYD: Yazıda əksini tamam məlumatlar və məqalə başlıqları dövrü mətbuatda yayımlanıb və bir çoxu rəsmi şəkildə təkzib edilməyib.

//Editor.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR