Ağsudan iddialı namizəd – Tanınmış marketinq mütəxəsisi imzatoplama kampaniyasına başladı

19-12-2019, 10:56 112 dəfə baxılıb

Ağsudan iddialı namizəd – Tanınmış marketinq mütəxəsisi imzatoplama kampaniyasına başladı


Tanınmış marketinq mütəxəsisi, gənc iqtisadçı Ayaz Qocamanov növbədənkənar parlament seçkilərində iştirak edəcək. İqtisadçı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.

Bu barədə Azerinfo.tv-yə Ayaz Qocamanov özü məlumat verib: “Seçki prosesinə ilk qoşulan və iddialı namizədlərdən biriyəm. Atrıq imzatoplama kampaniyasına başlamışıq. Komandamızın böyük hissəsini formalaşdırmışıq. Çalışacağıq ki, maraqlı və aktiv seçki kampaniyası təşkil edək. Bütün prosesə şəxsən özüm nəzarət edirəm, imzatoplama kampaniyasının qanuni çərçivədə aparılmasına çalışırıq”.

Gənc iqtisadçı Ayaz Qocamanov bildirib ki, sözügedən dairədən namizədliyini irəli sürən bütün namizədləri rəqib hesab edir və onlara uğurlar arzulayır: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən aktiv və sivil seçki marafonu təşkil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bundan əvvəl Milli Məclisin deputatı Vəhdət Partiyasının sədri Tahir Kərimli mandat almışdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR