Abşeron-Qobustan sakinləri ölkə başçısından haqqlarını tələb edir

13-02-2020, 17:07 321 dəfə baxılıb

Abşeron-Qobustan sakinləri ölkə başçısından haqqlarını tələb edir


Abşeron-Qobustan sakinləri 09.02.2020 tarixində keçirilmiş VI çağırış növbədən kənar Parlament seçkilərinin legitimliyini tanımadıqları və seçkinin nəticəsinin ləğvi ilə bağlı petisiya üçün minlərlə imza topladıqlarını bəyan etdilər. Bununla bağlı Ölkə başçısı Cənab Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya və Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova məktub ünvanlandırıb. Məktubun mətnində, seçki prosesində saxtakarlıq faktlarının bir neçəsi öz əksini tapmışdır.

Abşeron-Qobustan sakinləri saxtalaşdırılmış seçkidən, bu ərazidə yaşayan vətəndaşların konstitusion hüquqlarının pozulduğundan, bütün bu saxtakarlıqların günü-gündən inkişaf edən ölkəmizin maraqlarına xələl gətirməsindən, müəyyən qara qüvvələrin hətta seçkidən öncə məqsədli şəkildə onların tanımadıqları namizədin xeyrinə təbliğat-təşviqat proseslərinin aparılması ilə narahatçılıqlarını Ölkə başçısına çatdırıblar. Bir toplu sakin İcra strukturu nümayyəndələrinin, məktəb direktorların, müəllimlərinin və s digər Dövlət strukturlarında çalışanların seçkilərə müdaxilə etməsindən, onların səslərinin oğurlanmasından gileyləniblər.

Cənab Prezidentin Xalqa müraciəti, 2019-cu ilin sonlarında Parlamentin buraxılması və digər islahatlar Abşeron-Qobustan sakinlərini də hər kəs kimi ümüdləndirmişdir. Məktubun məznumundan göründüyü kimi Abşeron-Qobustan sakinləri keçirilmiş parlament seçkilərindən narazıdırlar, və haqq-ədalət bərqərar olmayana qədər sona qədər mübarizə aparacaqlarını bildiriblər. Ardı var...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR