Estoniya xarici kəşfiyyatı Qarabağda müharibənin mümkünlüyü və Rusiyanın maraqları haqda

20-02-2020, 21:19 132 dəfə baxılıb

Estoniya xarici kəşfiyyatı Qarabağda müharibənin mümkünlüyü və Rusiyanın maraqları haqda


Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya arasında münasibətlər “təmkinlidir”, amma Kreml 2018-ci il inqilabından sonra Ermənistandakı daxili siyasi situasiya ilə barışmalı olub.

Virtualaz.org xəbər verir ki, bu barədə Estoniyanın xarici kəşfiyyat Xidmətinin hesabatında deyilir. “Beynəlxalq təhlükəsizlik və Estoniya” adlı hesabatdan erməni KİV-ləri sitat gətirir.

Eston kəşfiyyatçıları bildirirlər ki, Rusiya Ermənistandakı daxili siyasi situasiyaya fəal müdaxilə edir. “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində tərəflər açarın Moskvanın əlində olduğunu görürlər. Ermənistan üçün Rusiyanın hərbi-siyasi dəstəyini saxlamaq həyati əhəmiyyət kəsb edir, çünki bunsuz Qarabağdakı etnik ermənilərin hərbi müdafiəsini təmin etmək mümkün olmazdı”,-hesabatda vurğulanır.





Estoniya kəşfiyyatı Paşinyanla Rusiya arasında münasibətlərin soyuq, çəkingən olmasına baxmayaraq Ermənistan hökumətinin parçalanmadığını, baş nazirə xalqın dəstəyinin hələ davam etdiyini də qeyd edir. Habelə bildirilir ki, Paşinyana ciddi rəqib ortaya çıxmayıb. Ermənistanın iqtisadiyyatı da çökməyib.



“Rusiya Qaraba münaqişəsinin həllində konstruktiv vasitəçi qismində çıxış etsə də əslində o, münaqişənin həllində maraqlı deyil. Rusiya Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibənin başlamasında da maraqlı deyil. Birinci ssenari Moskvanı Cənubi Qafqazdakı əsas rıçağından məhrum edərdi, çünki münaqişə həll olunsa nə Ermənistan, nə Azərbaycan Rusiya üçün işləməz. Amma tammiqyaslı müharibə ilə bağlı risklər də həddən artıq böyük və proqnozlaşdırılmayandır”,-hesabatda deyilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR