Zakir Həsənovdan əsgər ailələrinə növbəti jest

27-12-2015, 14:48 453 dəfə baxılıb

Zakir Həsənovdan əsgər ailələrinə növbəti jest














Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, “Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər kazarmaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xatırladaq ki, sonuncu dəfə bu cür aksiya oktyabr ayında keçirilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR