Prezidentlər iyunda görüşəcəklər

3-06-2016, 14:04 618 dəfə baxılıb

Prezidentlər iyunda görüşəcəklər















Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bir daha təsdiq ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Ceyms Uorlik və Fransadan Pyer Endryu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin mayın 31-də Brüsseldə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla, iyun 2-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdə tərəflər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı qəbul edilən qərarların icrasını müzakirə ediblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşlərdə iştirak edib.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bir daha təsdiq ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması üzrə sənədlərin layihəsini təqdim ediblər.

Nazirlər hərtərəfli nizamlanma üzrə danışıqların bərpa edilməsi məqsədi ilə iyun ayında danışıqların növbəti raundunu keçirmək barədə prezidentlərin razılığını təsdiq ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR