Vilyam Hacıyev prezidentin adiyla ağac kəsdirir, oğlu isə…

3-08-2015, 12:44 750 dəfə baxılıb

Vilyam Hacıyev prezidentin adiyla ağac kəsdirir, oğlu isə…













İmişli şəhərində Heydər Əliyev prospektində, rayon prokurorluğunun qarşısındakı ağaclar kəsilib

Bununla bağlı azerinfo.org xəbər verir ki, saytın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ağacları icra hakimiyyətinin fəhlələri kəsir.
Müxbirimizin “ağacları niyə kəsirsiniz” sualına , ərazidə olan icra hakimiyyətinin əməkdaşları “get işinlə məşğul ol, əcəb edirik, prezident deyib ” cavabını veriblər. Bundan sonra isə əməkdaşımıza çəkiliş aparması üçün maneəçilik törədilsə də, müxbirimiz “yaşıl soyqırım”dan bəzi kadrları çəkə bilib. Qeyd edək ki. ölkə başçısı İlham Əliyev məmurların ağacları kəsməsi faktlarına qarşı dəfələrlə kəskin iradını ortaya qoyub. Görünən odur ki, Ulu Öndər Heydər Əliyevin “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” sözlərini biz unutmasaq da, Vilyam Hacıyev qulaqardı edir.
Xatırladaq ki, bu qalmaqal Vilyam Hacıyevin ilk qalmaqalı deyil. İcra başçısı və oğlu Məhəmməd ilə bağlı ölkə mətbuatında dəfələrlə həyəcanlı xəbərlər yayılmaqdadır. Azərbaycan Prezidenti məmurlara və övladlarına nə qədər nümunəvi olmağı tövsiyyə etsələr də, V.Hacıyev və oğlunun bu tövsiyyələri də digər tapşırıqlar kimi “unutduğu” deyilir. Belə ki, bir müddət öncə V.Hacıyevin oğluna 10-PP-369 dövlət nömrə nişanlı “Bentley” avtomobil aldığı, Bakının Nərimanov rayonu ərazisində, T.Əliyev küçəsində ümumi dəyəri 25 milyon manatdan yuxarı olan böyük bir villaya, eyni zamanda “Land Rover” və 90 AA 369 dövlət nömrə nişanlı “Mercedes S class” avtomobillərinə sahib olduğuna dair məlumatlar yayılmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR