Şoyqu: Rusiya-Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədədir

15-06-2016, 12:44 334 dəfə baxılıb

Şoyqu: Rusiya-Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədədir















Azərbaycan müdafiə naziri rusiyalı həmkarını ölkəmizə səfərə dəvət edib

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.

Azərbaycanlı həmkarı ilə görüşdən razı olduğunu bildirən S.Şoyqu qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z.Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib.

Azərbaycan müdafiə naziri Sergey Şoyqunu ölkəmizə səfərə dəvət edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR