Təhməz Mehdixanov: Şəmkir Ağ Ciyər xəstəlikləri xəstəxanası Qərb bölgəsi üzrə yeganə fəaliyyət göstərən xəstəxanadır

27-10-2017, 09:58 910 dəfə baxılıb

Təhməz Mehdixanov: Şəmkir  Ağ Ciyər  xəstəlikləri  xəstəxanası  Qərb  bölgəsi  üzrə yeganə  fəaliyyət  göstərən  xəstəxanadır













Şəmkir Ağ Ciyər xəstəlikləri xəstəxanası Qərb bölgəsi üzrə yeganə fəaliyyət göstərən xəstəxanadır.
40 çarpayılıq bu xəstəxanada vərəm və digər ağ ciyər xəstəlikləri olan xəstələr müalicə alır. Həkim məntəqələrində xəstələr üçün ambulator yardım, patronaj xidmət göstərilir. Ehtiyacı olan xəstələr Mərkəzi xəstəxanaya müayinə və müalicə üçün göndərilir.


Azinfo.tv olaraq bu şərəfli insan - Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Təhməz Mehdixanov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanovdur.

Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Təhməz Mehdixanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Təhməz Mehdixanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Təhməz Mehdixanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Təhməz Mehdixanova dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

P.S. Bu yaxınlarda Şəmkirdə YAP-ın fəal üzvlərinə fəxri fərmanlar təqdim edilib: Ağciyər xəstəlikləri xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Təhməz Mehdixanov söyləyib ki, YAP-ın yaradılmasını qısqanclıqla qarşılayanların təzyiqinə, bu təşəbbüsün müəlliflərinin məruz qaldığı təqiblərə baxmayaraq insanlar partiya sıralarına daxil olmağa çəkinmirdilər: “Çünki onlar türk dünyasının böyük oğlu, partiyanın banisi, ulu öndər Heydər Əliyevi xalqımızın, müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi görürdülər”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR