Elmar Vəliyev Bakı meri postuna israrlıdır - İDDİA

27-06-2018, 17:35 907 dəfə baxılıb

Elmar Vəliyev Bakı meri postuna israrlıdır - İDDİA















Hazırda Gəncə şəhər icra hakimiyyətinin başçısı postunu tutan Elmar Vəliyev Bakı meri təyin olunması üçün dəridən-qabıqdan çıxır. Bunu DİA.AZ-a açıqlamasnında bildirən mötəbər mənbə iddia edir ki, bütün imkanlarını səfərbər edən Gəncə ŞİH başçısı hətta müəyyən dairələrin də razılığını ala bilməsi üçün minnətçilər də salıb.

Mənbə bildirir: "Bu günlərdə çox nüfuzlu simalardan birinə Elmar Vəliyevin adından hədiyyə təqim olunub. Təkcə bu deyil. Müxtəlif şəxsləri, yaxınlarını, qardaşını belə bu işə qoşub ki, Bakıya rəhbər gələ bilsin. Çoxdankı arzusudur. Alınacaqmı? Bunu zaman göstərəcək".

Mənbəyə görə, amma Elmar Vəliyevin Gəncədən Bakıya gətirilməısi ona qarşı başqa dairələrin daha da qəzəbini qaraniləyir: "Elmar Vəliyev bu posta iddiası olan tək adam deyil. Başqaları da var. Hələlik rəqabət gedir. Səsi çıxmasa da... Amma tərəflər bir-birilərini gözdən sala bilmələri üçün hər şeyə hazırdırlar".

İddia olunanlarla bağlı bütün maraqlı şəxsləri dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR