"Bilirdilər ki, mən İvanişvili ilə dostam, dedilər ki, sona qədər gedin..." - Həbs edilən azərbaycanlı icra başçısı

27-07-2018, 16:50 293 dəfə baxılıb

"Bilirdilər ki, mən İvanişvili ilə dostam, dedilər ki, sona qədər gedin..." - Həbs edilən azərbaycanlı icra başçısı


Rustavi şəhər məhkəməsində Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun işi üzrə iclas keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, məhkəmədə çıxış edən T. Abazov həbsində keçmiş rəhbər şəxsləri günahlandırıb:

"Prokurorluq çoxlu səhvlər edib. Qorxu faktoru olub, belə ki, baş verənlər Zaza Saralidzenin aksiyaları ilə üst-üstə düşüb. Onlar keçmiş birinci şəxslərlə əlaqə saxladılar. Bilirdilər ki, mən Bidzina İvanişvili ilə dostam. Birinci şəxslər dedilər ki, sona qədər gedin. Vəzifədə olan bir şəxsi belə saxlamaq olmaz, mən günahsızam. Mən orada olmamışam. Videodakı səs mənə məxsus deyil”, - deyə o söyləyib.

T. Abazovun vəkili onun 40 min lari girov məbləğində azadlığa buraxılmasını tələb edib. Lakin bu vəsatəti təmin edilməyib. Hakim T. Abazovun həbsdə saxlanılması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə həbs olunub. İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR