Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı - TƏMİZLƏMƏ

3-09-2018, 13:19 281 dəfə baxılıb

Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı - TƏMİZLƏMƏ



Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi BayramovElmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.
Niyazi Bayramovun müvafiq əmrinə əsasən, Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.
N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.
Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR