Altı yaşı tamam olmamış birinci sinfə qəbul olmağın tası nə qədərdi - Etibar Toğruluın beşinci yazısı

23-05-2019, 23:24 265 dəfə baxılıb

Altı yaşı tamam olmamış birinci sinfə qəbul olmağın tası nə qədərdi - Etibar Toğruluın beşinci yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

(BEŞİNCİ HİSSƏ)

Artıq beş yazıdı kı, Ağdam təhsilində baş verən neqatif halların araşdirılması ilə məşğulam. Ötən yazımda Həsənxanlı kənd tam orta məktəbin direktoru tərəfindən yol verilən noqsanlar barəsində fikirlərimi oxucularla bölüşmüşdüm. Bu dəfə isə eyni ərazi vahidliyinin tərkibində "fəaliyyət" göstərən Əfətli kənd tam orta məktəbinin dünyanın heç bir yerində görünməyən "uğurları"dan söz açacam. Beləki, Əfətli kənd tam orta məktədinin 10-cü sinifinin dörd şagirdı, 11-ci sinifdə isə bir şagirdinin adı Əfətli məktəbınin jurnalında getsə də lakin həmin şagirdlər Bakı şəhərində yaşayırlar. Buda onu göstərir ki, Əfətli məktəbində tədrisin keyfiyyəti o qədər yüksəkdir ki, həmin şagirdlər hava nəqliyyatı ilə həftənin beş günü Bakıdan 365 km məsafədə yerləşən Əfətli məktəbinə gəlib-qayıdırlar. Əhsən belə tədrisə...
Yerinə düşmüşkən qeyd edim ki, Bərdə rayonunun ərazisində yerləşən Ağdam rayon 9 saylı tam orta məktəbının direktoruda bu yaxınlara kimi işə hava nəqilliyatı ilə gəlib gedirmiş. Çünki, xanım direktorun yaşadığı ərazi Sumqayit, direktor kimi çalışdığı ərazi isə Bərdə rayonu olub. Direktordakı fədakarlığa bax ey....
Əfətli kənd orta məktəbin 10-cu sinifində xarici dil kimi ingilis dili "tədris edilir". Bu tədris o qədər gücdü olur ki, şagirdlər həmin müəllimə ayda 30 manat ödəməklə əlavə hazırlıq kursu da keçirlər. Ayda 30 manat verib ingilis dili "öyrənən" şagirdlərin imtahanda göstərdukləri nəticə isə sifir olub. ƏHSƏN!!!
Ağdam təhsilində bir maraqlı nüans da baş verir. Rayon Təhsil Şöbəsinin nəznində bir komissiya fəaliyyət göstərir. Meto Kabinetin (təhsil işçilərinin dili ilə desək met kombnatın) müdiri Əhməd Rüstəmovun rəhbərlik etdiyi həmin komissiyanın işi 6 yaşının tamam olmasına bir neçə ay qaldıqda o uşaqları şifahi dünyagörnüşün yoxlayır və onların vaxtından əvvəl birinci sinifə yararlı olub-olmadığın müəyyənləşdirməlidir. İndi gəlin görək bizim Əhməd əkə necə müıyyənləşdirir bu uşaqları? Həmin uşağın valideyini mütləq ən azı 50 manat xərcə düşməlidir. Valideyin bir az xahiş-minnət etdikdə ki, tası bir az aşağı salsın, o halda Əhməd əkə öz ampulasında çıxış edərək deyir:
- Canın üçün bu 50 manatdan mənə heçnə çatmır.
Bax beləcə ay kasıb 50 manatını ver, uşağın olsun vaxtından əvvəl məktəbli.
Əhməd əkədən söhbət düşmüşkən, onun bir "şəxsi şücayətindən" də deyim. Demək, bu yaxınlarda məktəblilar arasında "Ölkəmizi tanıyaq" adlı çox maraqlı bir layihəyə start verilmişdi. Ağdam rayonunun bir neçə məktəblisi də ölkəmizin bir neçə gəzməli-görməli yerlərinə səfər etmişlər. Üç gün davam edən səfər proqramından dönən uşaqların yolunu valideyinlərdən daha çox Əhməd əkə səbrsizliklə gözləyirdi. Elə ki, bitdi 3 günlük səfər və məktəblilər yetişdi Quzanlı qəsəbəsinə. Əhməd əkə özünü qırıcı quş kimi atdı həmin məktəblilərin üstünə. Çox adam elə bildi ki, Əhməd əkəni hümanistlik damarı tutub və şagirdələrin əhvalı ilə maraqlanacaq. Ancaq belə deyildi. Səfərdən dönən məktəblilərin əynindəki layihəni icra edən qrum tərəfindən birdəfəlik səfər xatirəsi olaraq verilmiş üst geyimi məktəblilərdən alaraq, öz iş otağına apardı. Bax belə əhməddir bizim Əhməd...
Bu Əhməd əkəyə başımız elə qarışdıki, rayonun başqa məltəbləri barədə fikirlərimi yazmadım. Ötən yazılarımda Ağdam təhsilində şagird çatışmamazlığı ilə üz-üzə qalan və buna görə də maşınla uzaq ərazilərdən şagird gətirib güc-bəla ilə "məktəb"i saxlayan 20 məktəbin movcudluğu ildə dövlət büdcəsində 5 milyon 700 min manat məbləğində vəsaitin yersiz yerə xərclənməsi deməkdi. Belə luzumsuz məktəblərin sayı bununla bitmir. Bu barədə araşdirmalarımız davam edəcək.
Maraqlı hal budur ki, ortada bu qədər maliyyə vəsaitinin itkisindən söhbət getdiyi halda Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin Ağdam rayonu üzrə baş mühasibi Valeh Kərimov nədənbsə ağzına su alıb dayanıb. Düzdü dünən 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi hörmətli Malik Vəliyevlə bu araşdirma yazıları barədə telefon vasitəsi ilə qısa muzakirə etdik. Hər zaman qanunların aliliyini qoruyan Malik müəllim qanuna uyğun araşdirmanın və qanunsuz hərəkət edənlərin cəzalanmasının tərəfdarı olduğunu qeyd etdi.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR