Qaxda Gömrük Komitəsinin işçisi yerliləri təhdid və təhqir edir

12-10-2015, 13:05 912 dəfə baxılıb

Qaxda Gömrük Komitəsinin işçisi yerliləri təhdid və təhqir edir


























Azinforum.az xəbər verir ki, 112 saylı Qax seçki dairəsində namizədlərin tərəfdarları arasında ciddi münaqişə yaranıb. Əməkdaşlarımız həmin dairə ilə bağlı sosial şəbəkələrdə apardıqları monitorinq zamanı dəhşətli faktların şahidi olublar. Xüsusilə də həmin dairədən deputatlığa namizəd olan və hazırda millət vəkili titulunu daşıyan Azər Kərimlinin tərəfdarları özlərini bolşeviksayağı aparır. Yəni “kim bizim namizədi dəstəkləmirsə, demək bizim düşmənimizdir ” prinsipi ilə hadisələrə münasibət bildirirlər. Azər Kərimlinin tərəfdarları xüsusilə də deputatlığa digər namizəd Paşa Məmmədovun tərəfdarlarına qarşı daha aqresiv davranırlar. Görün, vəziyyət nə yerə çatıb ki, Azər Kərimlinin tərəfdarı olan bəzi dövlət qulluqçuları belə qaxlıları ən ağır formada təhqir və təhdid edirlər.
Diqqətimizi çəkən vacib məqamlardan biri Azər Kərimlinin alovlu təbliğatçısı kimi özünü qələmə verən Dölət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlı adda vətəndaşın sosial şəbəkələrdəki davranışı oldu. Apardığımız araşdırma zamanı müəyyən etdik ki, Nicat Muxtarlı həqiqətən qaxlıdır və Gömrük Komitəsində işləyir. O, Qaxdakı peşə məktəbinin direktoru Kamal Muxtarlının oğludur. Kamal Muxtarlı Azər Kərimliyə olduqca yaxın adam kimi tanınır.
Azər Kərimliyə görə qaxlıları ən ağır formada təhqir edənlərdən biri də Şahlar İsmayıl adlı şəxsdir. Bu adam da, sosial şəbəkələrdəki fəaliyyətində Azər Kərimlinin aktiv təbliğatçı obrazında çıxış edir.
Sadə məntiqlə yanaşıldıqda, həmin adamların Azər Kərimlinin seçki qərgahı tərəfindən koordinasiya edilməsinə şübhə yeri qalmır. Azinforum.az Dövlət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlının peşə fəaliyyəti ilə qətiyyən uzlaşmayan və çıxışlarında cinayət motivlərinə aid halların olması ilə bağlı onun çalışdığı dövlət qurumuna və MSK-ya sorğu ünvanlamaq qərarına gəlib. Bazar günü olduğu üçün, sorğumuza cavab ala bilmədik. Mövzu diqqətimizdədir.
Azinforum.az Dölət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlının təhdid və təhqirlərini sübut edən faktları təqdim edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR