Bakı küçələri niyə avtomatlı polislərlə doludur?

19-10-2015, 16:41 664 dəfə baxılıb

Bakı küçələri niyə avtomatlı polislərlə doludur?











Bakı polisi və təhlükəsizlik qüvvələri iki gündür ki, gücləndirilmiş iş rejiminə keçirilib

Virtualaz.org saytı müxbirlərinin müşahidəsinə görə, paytaxt küçələrində adəti üzrə patrul xidməti aparan Mühafizə Xidməti İdarəsi əməkdaşları gündəlik geyim formasını dəyişərək səhra geyim formasına keçiblər.

DİN Mühafizə Xidməti İdarəsi əməkdaşlarından biri virtualaz.org saytının reportyoru ilə söhbətində bildirib ki, onlar iki gün öncə gücləndirilmiş iş rejiminə keçiriliblər. Rəhbərlik bu qərarın səbəbi barədə onlara heç bir məlumat verməyib.

Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejiminə keçirilib. Onlar xidmətə artıq tabel silahı ilə çıxır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR