Kamal Abdullanın Mövqeyini Pisləyirəm

11-08-2019, 14:00 847 dəfə baxılıb


Kamal Abdullanın Mövqeyini Pisləyirəm

Mən ictimai vəkil Samir Zeynalov Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsini və İctimai İştirakçılıq Haqqında Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq Azərbaycan Dillər Univerisitetinin rektoru Kamal Abdullanın adı çəkilən təhsil ocağının təcrübəli, savadlı və vicdanlı mütəxəssisləri olmuş xanım Pərvin Mürsəlovaya və xanım Vüsalə Ağabəyliyə qarşı təzahürə yetişmiş haqsızlıqlarına öz münasibətimi ifadə etmək istəyirəm.

Öncəliklə onu qeyd etmək istəyirəm ki, ölkə başçısının cari ilin başlanğıcından etibarən apardığı taleyüklü sosial-siyasi islahatlar vasitəsilə cəmiyyətdə böyük nikbinlik və milli barış ab-havası yaratması fonunda bu cür xoşagəlməz olayların görülən misilsiz xidmətlərə kölgə salması reallığını qətiyyən pisləyirəm.

Dillər univerisitetindən iki təhsil mütəxəssisinin haqsızlıqlarla dolu ittihamla işindən kənarlaşdırılması faktı qeyd edilən reallığın tərkib hissəsidir desəm, yanılmaram.

Pərvin Mürsəlova və Vüsalə Ağabəyli: Onların xidməti fəaliyyət və fərdi inkişaf xronikasına nəzər salıb, onlara qarşı formalaşan arzuedilməz nəticəyə görə hiddət hissi keçirməmək mümkün deyil. Qeyd etmək vacibdir ki, bu gün Azərbaycan müəlliminə qarşı yönələn haqsızlıq Azərbaycan xalqının sağlam gələcəyinə və bu günkü inkişaf ehtiyacına ifadə edilən laqeydiliyin başlıca meyarıdır. Çünki bir cəmiyyətinin sağlam dayaqlar üzərində arzuedilən mənəvi-intelektual təkamülünün mənbəyində məhz müəllim dayanır. Savadlı müəllim isə xalqın böyük sərvəti, onun sağlam və savadlı gələcəyinin əvəzolunmaz təminatçısıdır. Amma görünən odur ki, Cənab K.Abdulla üçün bu tezis milli inkişaf baxımından etalon deyil. Görünən odur ki, Cənab Abdulla dövlət mülkiyyətində olan təhsil ocağına məhz ölkə başçısı Cənab İlham Əliyev tərəfindən təyin olunduğunun unutqanlığını yaşayır və adı çəkilən təhsil müəssisəsini özəl mülkü bilməkdə hələ də israrlıdır. Yoxsa bu qədər özbaşınalığın, qeyri-etik fəaliyyətin və qanunsuzluqların səbəbi nə ola bilərd ki?!

Azərbaycan Respublikasının Nazirlər Kabinentinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsinin"1.2-ci bəndinə əsasən Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. Lakin göstərilən müddəanın normativliyinə məhəl qoymayan Azərbaycan Dillər Universiteti hazırkı dönəmdə hər kəsə aşkar olan bir şəkildə ali təhsil ocağına Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyev tərəfindən rektor təyin edilən Cənab Kamal Abdullanın müzakirəsi qadağan olun qərar və əmrlərini rəhbər tutur. İlk dəfə görürük ki, dövlət mülkiyyətində olan ali təhsil müəssisəsinin rəsmi saytı konfiliktlərin təbliği, söz və fikir azadlığına hörmət edilməməsi, qeyri-təhsil siyasətinin tətbiqi təşəbbüsünə xidmət edir.

Sual yaranır ki, əgər xanım Pərvin Mürsəlova rektor Kamal Abdulla üçün maraqlı bir persona deyilsə, o zaman onun mənəvi zərərə görə Kamal bəy tərəfindən təzminat tələbi ilə məhkəməyə verilməsinə nə ad vermək olar?!

Cənab K.Abdullaının ruporuna çevrilmiş ADU-nun saytı öz bəyanatında qeyd edir ki, Pərvin Mürsəlova əsaslı şəkildə işdən azad olunub.

Sual yaranır ki, rektor Kamal Abdulla və ümumiyyətlə Azərbaycan Dillər Univerisiteti məhkəmə hakimiyyətini təmsil edirmi ki, Pərvin Mürsəlova və qeyriləri haqqında (Vusalə Ağabəyli) qəbul edilən işdən azad edilmə əmrlərinin əsaslı olması haqqında qəti qərar müəyyən etsin?!

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün cəmiyyətimiz üçün müvafiq ixtisaslar üzrə savadlı, təcrübəli kadrlar yetişdirməkdə mükəlləf olan Azərbaycan Dillər Universitetinin saytı adi xəbər saytlarının fəaliyyəti ilə çuğlaşıb.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Dillər Univerisiteti rektor Kamal Abdullanın şəxsi mülkiyyəti deyil. Bu üzdəndə ona dövlət mülkiyyətində olan ali təhsil ocağında qeyri-qanuni, qeyri-etik hərəkətlərə yol vermək qanun və mənəviyyatla qadağan olunur. Unutmaq lazım deyil ki, savadlı, prespektivli və vicdanlı pedaqoqlarımız xanım Vusalə Ağabəyli və xanım Pərvin Mürsəlovaya qarşı gerçəkləşən haqsızlıqlar, onlara vurulan mənəvi zərərlər onların şəxsləri ilə məhdudlaşmır. Onlar bir pedaqoqdurlar. Onlara qarşı edilən ədalətsizlik, onlara vurulan mənəvi zərbələr Azərbaycan cəmiyyətinin bu gününə və sabahına qarşı ifadə edilən naqis və gərəksiz hərəkətlilikdən başqa bir şey deyil. Cəmiyyətimizin sağlam düşüncəli elitası bu haqsızlığın qüvvədə qalması reallığı ilə qətiyyən barışmayacaq.

İctimai Vəkil Samir Zeynalov

Ardı var...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR