Heydər Əliyev prospektində aparılan işlər 15-dək yekunlaşacaq-XIRDALANDA

9-09-2019, 17:47 371 dəfə baxılıb

Heydər Əliyev prospektində aparılan işlər 15-dək yekunlaşacaq-XIRDALANDA


Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulmasi ilə əlaqədar olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin əsas küçəsi olan Heydər Əliyev prospekrində qazıntı işlərinə başlanılıb. Bu işlərin vaxtında və tez bir zamanda başa çatdırılması istiqamətinda Abşeron rayon İcra Hakimiyyəti lazim olan bütün tədbirlər həyata keçirilir. Bildiririk ki, növbəti dərs ilinin başlamasına qədər, yəni sentyabrın 15-ə kimi şəhərin Heydər Əliyev prospektində aparılan işlərin başa çatdırılması nəzərdə tutulub.
Bununla əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etməsi xahiş olunur. Yaranan müvəqqəti narahatllığa görə üzr istəyir, sakinləri anlayışla qarşılamağa və onları təmkinli olmağa çağırırıq.
Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tenderin qalibi olmuş podratçı təşkilatlar tərəfindən 2017-ci ilin iyul ayında Xırdalan şəhərinin su-kanalizasiya şəbəkəsinin yenilənməsi işlərinə başlanılıb. Bu günə qədər 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilib, 373 ədəd yanğın hidrantı bərkidilib, 21659 ev birləşməsi verilərək 7640 sayğac quraşdırılıb. Ümumi nəzərdə tutulmuş işin 80 faizə qədəri icra olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR