Lənkəran icra başçısı müavini haqda məlumat təsdiqini tapmadı

11-09-2019, 15:05 224 dəfə baxılıb

Lənkəran icra başçısı müavini haqda məlumat təsdiqini tapmadı


Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Azerinfo.tv xəbər verir ki, bir neçə gün öncə Lənkəranda məktəbli formasının satışının inhisara alınması və bunun arxasında guya İcra başçısının müavini Rasilə Əliyevanın durduğu yazılmışdı.
Araşdırnadan sonra məlum oldu ki, məktəbli formnasının satışı həyata keçirilən dükan Qarabağ əlilinindir. Başçı müavinin isə qətiyyən bu işlərə aidiuyyatı yoxdur.
Ümumiyyətlə ölkədə ən gənc qadın kadrlardan sayılan Rasilə Əliyeva haqda ancaq müsbət xəbərlər aldıq.
Ola bilər ki, onun vəzifəsinə məsuliyyətlə yanaşması, vicdanla işləməsi müxalif qüvvələrdə qıcıq yaratsın. Odur ki, saytlar daxil olan məlumatları daha dəqiq yoxlamalıdırlar ki, kiminsə haqqında qərəzli və yalan məlumat getməsin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR