Sahil Babayev yeni kadrların ən uğursuzudur?

19-11-2019, 13:48 323 dəfə baxılıb

Sahil Babayev yeni kadrların ən uğursuzudur?

"Son günlər müşahidə olunan proseslər Azərbaycanda yeni bir məmuriyyət ab-havasının formalaşdığını əks etdirir. Yəni görünəni odur ki, Azərbaycan üstdən aşağı dəyişir. Amma daha çox gözə girəni də odur ki, bu dəyişikliklərin hamısı heç də uğurlu nəticə vermir. Elə bunu cənab Prezident də öz çıxış xüsusi olaraq qeyd edərək yeni təyin etdiyi məmurlara da net şəkildə ifadə edir. Prezidentin "cəzalandıracam" deyə etdiyi xəbərdarlıqlar, əslində həm də yenilərin büt kimi qəbul etməli olmadığımıza bir işarədir". Bu iadələr DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir:

"Nə baş verir? Təbii ki, dəyişikliklərin ruhundan duyulanı odur ki, Prezident İlham Əliyev yaxşı olacaqlar naminə çaba sərf edir. Təbii ki, Prezidentin çabaları da onun təyin etdiyi yeni kadrların insafndan birbaşa olaraq asılı olduğundan bəzi addımlar effektiv görünməyə bilər.

Amma nəticə hesablanması məhz yaxşılıqla əlaqədar olduğundan və bu gün əksər yenilərin məhz tələb olunan şərtlərə uyğun şəkildə fəaliyyətə meyilli olması səbəbindən ümumi prosesi müsbət dəyərləndirmək olar. Amma bəzi istisnalarla...

Müşahidə olunanı budur ki, hazırda yenilərlə bərabər KÖHNƏLMİŞ YENİLƏR də var ki, onlardan bəziləri heç də yeniləşən tələblərə ya uymaq istəmirlər, ya da əvvəlindən etibarən ümumiyyətlə bu YENİ ŞƏRTLƏRLƏ daban-daban zidd birisi olublar. Bunun da nəticəsidir ki, məsələn Sahil Babayev Əsmək və Əhalinin Sosial Müdafiəsi naziri postunda doğma olaraq görsənmir.

Doğrudur, rəsmi olan, əlimizdə olan rəqəmlər Sahil Babayevin xeyrinədir və o, bu gün uğurlu kadr kimi görsənir. Amma reallıq olanı odur ki, dünən Səhiyyə Nazirliyinin ünvanına dişinin dibindən çıxanı deyən Sahil Babayev əslində, realda özü də eyni haqla həmin sözləri ünvanına qəbul edə bilər. Çünki...

Çünkisi isə real olan mənzərədir. Bu gün Azərbaycanın SOSİAL MÜDAFİƏ SİSTEMİ tamamən iflic vəziyyətindədir və Sahil Babayev məhz BÜDCƏYƏ QƏNAƏT məqsədilə minlərlə vətəndaşın haqqına girib ki, bu da nəticədə DÖVLƏT ADINA VƏTƏNDAŞ HAQINA TƏCAVÜZ hesab olunur.

Səhil Babayev ola bilsin ki, bunun fərqində deyil.

Amma onun fərqində olmadığı reallıq son nəticədə Sahil Babayev kimi kadrı Səlim Müslümovun yanına göndərəcək. Sübutmu lazımdır? Elə isə son olaraq ƏƏSMN sistemindən günü gündən artan şikayətlərə nəzər salın..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR