Azərbaycanda ən çox boşanma olan ŞƏHƏRLƏR

13-02-2020, 11:00 20 dəfə baxılıb

Azərbaycanda ən çox boşanma olan ŞƏHƏRLƏR


Ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub, boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2042 nəfər gələn və Azərbaycandan 1654 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 388 nəfər təşkil edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR