Salyanda ya Sevindik Hətəmov, ya da Etibar Hüseynov qalacaq...

14-02-2020, 15:00 476 dəfə baxılıb

Salyanda ya Sevindik Hətəmov, ya da Etibar Hüseynov qalacaq...

Salyanda icra başçısı ilə birinci müavini arasında qarşıdurma seçkidən sonra pik həddə çatıb...



Seçkilərdən əvvəl də Sevindik Hətəmovla Etibar Hüseynov arasında gərginlik olması barədə yerli mətbuatda məlunatlar yayılmışdı. Misal üçün təqribən iki ay əvvəl pia.az saytı yazırdı ki, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bir müddətdir ki, birinci müavini Etibar Hüseynovu vəzifədən uzaqlaşdırmaq istəyir. Lakin buna nail ola bilmir. Sayt hətta həm Sevindik Hətəmovun, həm də Etibar Hüseynovun tanışları vasitəsi mətbuata qaralayıcı məlumatlar ötürdüyünü yazıb.

Belə məlumatlardan biri də musavat.com-a ötürülmüşdü və həmin yazıda icra başçısı Sevindik Hətəmov tərifləndiyi halda, Etibar Hüseynov Salyanın bütün problemlərinin səbəbi kimi göstərilirdi.

Xeber.de-nin Salyandan əldə etdiyi məlumata görə isə, seçki dönəmində başçı ilə müavini arasında qarşıdurma və gərginlik daha da böyüyüb. Belə ki, Sevindik Hətəmovla Etibar Hüseynov 60 saylı Salyan-Neftçala seçki dairəsində ayrı-ayrı namizədlərə dəstək veriblər. Sevindik Hətəmov 60 saylı Salyan-Neftçala seçki dairəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını dəstəklədiyi halda, birinci müavin Etibar Hüseynov Kamil Müsəvini dəstəkləyib.

Qeyd edək ki, Fəzail Ağamalı əslən naxçıvanlı olsa da artıq 4-cü dəfə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürürdü. Kamil Müsəvi isə əslən qazaxlıdır. Aprel döyüşləri qazisinin doğma rayonundan deyil, uzaq Qazaxdan gələrək Salyanda namizəd olması çoxlarını təəccübləndirmişdi.

Buna baxmayaraq Kamil Musəvi Salyanda Azərbaycan siyasətinin ən "köhnələrindən" olan Fəzail Ağamalıya qarşı ciddi rəqibə çevrilə bildi və seçki dönəmində bir sıra qalmaqallara da imza atdı.



Xeber.de-nin bir neçə mənbədən əldə etdiyi məlumata görə Kamil Musəvinin bu uğurunun arxasında Salyan rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Hüseynov dayanıb. Etibar Hüseyovun Kamil Musəviyə dəstək vermək üçün Bakıdan, hanısısa qruplaşmadan tapşırıq aldığı vurğulanır.

Qeyd edək ki, seçki bitsə də, başçı ilə müavini arasında qarşıdurma daha da böyüyüb. Bununla bağlı əldə etdiyimiz məlumatda qeyd olunur ki, Sevindik Hətəmovun mövqeyi üstün görünsə də, onun postunu itirməsi istisna olunmur. Çünki Etibar Hüseynov mövqelərini getdikcə daha çox gücləndirməkdədir. Ola bilər ki, Hətəmov başqa rayona göndərilsin. Və yaxud da onun vəzifədən birdəfəlik getməsini də istisna etmək olmaz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR