"Azəristiliktəchizat" əhalini aldadır: Hövsan sakinləri donur - ÖZBAŞINALIQ

4-12-2015, 14:56 394 dəfə baxılıb

"Azəristiliktəchizat" əhalini aldadır: Hövsan sakinləri donur - ÖZBAŞINALIQ
















"Azəristiliktəchizat" ASC-nin Hövsan qəsəbəsində yerləşən 12 saylı istilik sistemlərinin istismar sahəsində özbaşınalıq hökm sürür

Bu barədə Arqument.Az-a Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, bina 21V ünvanında yaşayan sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, paytaxtda istilik sitseminin bərpa olunması ilə bağlı rəsmi açıqlama verilsə də, hələ ki, qəsəbədə bu problem həllini tapmayıb.

Bir neçə binaya isə ümumiyyətlə istilik verilməyib.

Elçin Mirzəyev küçəsində yerləşən bina 4A-da yaşayan sakinlər isə bildiriblər ki, binaya istilik gün ərzində 2-3 saat verilir, su isə ilıq olur. Yəni bunun istilik adıyla təqdim olunması biabırçılıqdır.

Sakinlərin sözlərinə görə, 12 saylı istilik sistemlərinin istismar sahəsi heç bir şikayətə və müraciətə məhəl qoymur. İstismar sahəsinin rəsisi Məşdi Cəfərxanov isə sözügedən dövlət qurumunu yarıtmaz fəaliyyətinin qurbanına çevirib.

Mövzu ilə bağlı yerləşən 12 saylı istilik sistemlərinin istismar sahəsinin rəisi Məşdi Cəfərxanovla əlaqə saxladıq.

O, Arqument.Az-a bildirdi ki, şikayətlərlə bağlı müvafiq tapşırıqlar verib və problem aradan qaldırılacaq.

Suraxanı rayon İcra Hakimiyyətinin məsələyə münasibətinə gəlincə isə sözügedən qurum üçün Hövsan qəsəbəsi sadəcə, kağız üzərində əksini tapıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR