Qadın sürücü və yol polisi arasında insidentlə bağlı – AÇIQLAMA

29-02-2016, 14:07 398 dəfə baxılıb

Qadın sürücü və yol polisi arasında insidentlə bağlı – AÇIQLAMA















“Qadın DYP əməkdaşına hücum edib”

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda yol polisi inspektoru ilə qadın sürücü arasında baş vermiş insidentlə bağlı açıqlama verib.

İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bir neçə gün öncə “99 YP 497” nömrə nişanlı maşının DYP əməkdaşları Yusif Səfərov küçəsində yol qaydasını pozan “99 FH 475” nömrə nişanlı ”Hyundai” markalı avtomobilə “saxla” işarəsi verib, lakin sürücü yol boyu DYP əməkdaşının saxla əmrinə əhəmiyyət vermədən hərəkəti davam edib.

Polis polkovnikinin sözlərinə görə, avtomobil qabağ sağ tərəfinin qanadının əzik vəziyyətində idarə edilib, həmçinin onun kobud yol qaydalarının pozmasına görə ödənilməmiş cərimələri olub.

DYP əməkdaşları qadın sürücünü Xətai rayonu, Süleyman Vəzirov küçəsində saxlaya biliblər:

“Saxlanan zamanı qadının yoldaşı avtomobildə olub, sürücü bəhanələr gətirərək məsuliyyətdən yayınmaq istəyib. Qadın sürücü DYP əməkdaşına qarşı müxtəlif nalayiq söyüşlər söyərək təhqir edib, daha sonra o, polis əməkdaşına hücum edərək onun sifətini cırmaqlayıb. Hazırda xəsarət alan polis əməkdaşı xəstəxanada müalicə alır”.

O bildirib ki, hazırda hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Xətai rayon Məhkəməsinin qərarı əsasında qadın 200 manat cərimə olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR