Vidadi İsayev də vəzifəsindən atılacaq – Elmar Vəliyevin ən yaxın adamı yoxlanılır

29-08-2018, 15:12 349 dəfə baxılıb

Vidadi İsayev də vəzifəsindən atılacaq – Elmar Vəliyevin ən yaxın adamı yoxlanılır

Ölkə prezidentinin dünən imzaladığı sərəncamla Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazı Bayramov Gəncə şəhərinə icra başçısı təyin edildi. Məlum Gəncə olaylarından sonra sabiq icra başçısı Elmar Vəliyev səhhəti ilə əlaqədar daha vəzifədə işləməyə bilər. Bu isə böyük bir şəbəkənin daha doğrusu Elçar Vəliyevin himayəsində olan rayonlardan biri Bərdənin icra başçısı Vidadi İsayevin də artıq “krişasız” qaldığı deməkdir. Gundeminfo.az-a daxil olan informasiyaya görə Vidadi İsayev Gəncə hadisələrindən sonra vəzifəsində çox az görünür.

Bərdədəki mənbələrdən daxil olan məlumatda deyilir ki, avqust ayında V.İsayev ümumiyyətlə işdə olmayıb. Bəziləri İsayevin xarici ölkələrdən birində istirahət etdiyini bildirir. Başqa mənbələrin iddiasına görə isə Elmar Vəliyevlə bağlı olaydan sonra Bərdə İcra Hakimiyyətində də ciddi təftişlərə başlanılıb. Əhali ilə davranışları, İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı araşdırmalar da aparılıb. Elə bu gün yayılan rəsmi informasiya da deyilənləri təqdiqləyir. İnformasiyaya əsasən İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov vəzifədən azad olunub. Hələlik həmin vəzifəyə təyinat olmayıb və şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq baş məsləhətçi Bəxtiyar Abduyevə həvalə edilib.

Gundeminfo.az-a danışan mənbə deyir ki, Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışıb. Vidadi İsayev rayona icra başçısı təyin edildikdən sonra isə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. O təkcə şöbə müdiri deyil, həm də V.İsayevin kassası rolunu oynayan ən yaxın köməkçisi olub. Dünənə qədər Bərdədə hər kəs Zaur Bəylərovun başçı üçün pul yığanı, qəbullar təşkil edəni olaraq tanıyıb. Maraqlıdır ki, illərlə ən çox güvəndiyi, bütün qara işlərini tapşırdığı adamını Vidadi İsayev niyə vəzifədən uzaqlaşdırsın?

Gundeminfo.az-a danişan Bərdədəki məlumatlı mənbə deyir ki, əslində Z.Bəylərovu icra başçısı öz xoşu ilə vəzifədən azad etməyib. V.İsayev hələlik adamını işdən uzaqlaşdırmaqla onu qurban verir və çalışır ki, aparılan araşdırmaların təsirini azaltsın. V.İsayev həm də Gəncə olaylarından sonra Elmar Vəliyev kimi himayədarını itirib və əhali arasında əsas narazılıqları yumşaltmağa çalışır.

Redaksiyamıza daxil olan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR