Ədalət Şükürov sələmçi Xoşqədəmə niyə villa bağışlayıb ?

11-08-2019, 11:51 225 dəfə baxılıb

Ədalət Şükürov sələmçi Xoşqədəmə niyə villa bağışlayıb ?


“Qafqazinfo” saytı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə əməkdar artist Ədalət Şükürov arasındakı villa qalmaqaldan yazıb: “ Məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb. Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir”.

Əməkdar artist “Qafqazinfo”ya açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib:

“Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”.

Görəsən, Ədalət Şükürov nə üçün açıqlamaya ehtiyac görmür?

NUH.az-a daxil olan məlumata görə, əslində Ədalət Şükürov villasını Xoşqədəm Hidayətqızına satmayıb, bağışlayıb.

Sual oluna bilər ki, külli miqdarda dəyəri olan villanı Ədalət Şükürov nə üçün bağışlayıb..?

Mənbənin məlumatına görə, “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı bu villanı kimisə “biabır etməməyin əvəzində” əldə edib.

Daha doğrusu, Ədalət Şükürovla yaxın dost olan iri məmurlarımızdan birinin Rusiyada ailəsi və qanunsuz uşağı olması barədə “Səni axtarıram” verilişində məlumat getməli imiş. Bunun qarşısını almaq üçün villa söhbəti ortaya çıxıb. Məmur Ədalətdən xahiş edib ki, Xoşqədəmin ağzını elə "tik" ki, bu mövzunu birdəfəlik qapatsın.

Məmurun adı bəlli olsa da müəyyən səbəblərdən açıqlamırıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



NUH.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR