Kianu Rivz özünə ferma alır

13-08-2019, 16:33 18 dəfə baxılıb

Kianu Rivz özünə ferma alır


Bu yaxınlarda dəyişmiş imici ilə diqqət çəkən dünyaşöhrətli Hollivud aktyoru KianuRivz qeyri-adi addımı ilə hamını təəcübləndirib.

Aktyor İngiltərədə ferma almaq qərarına gəlib. Bunun üçün Kiano şəxsən özü ferma axtarışına başlayıb. O, İngiltərənin cənub-qərbindəki Kotsvolddakı bir neçə fermaya göz gəzdirib. Rivz heyvandarlıq və əkinçiliklə məşğul olmağı düşünür.

Məşhurlardan Liz Hurley, Stella MkKartney və Keyt Moss da Kotsvol yaxınlığında yaşayırlar. Daşınmaz əmlak agentlərinin sözlərinə görə, Kianunun məqsədi alacağı məkanı ürəyi istəyən kimi - xırda detallarınadək rahatlıqla təmin etməkdir ki, burada uzun zaman yaşaya bilsin. Aktyor yeni alacağı fermada qonaqqəbul etməyə hazırlaşır.Rivz buranı fərdi helikopter üçün nəzərdə tutulan eniş meydançası ilə təchiz etməyi də düşünür.

Hazırda məşhur aktyor ABŞ-da, Yeni Orleanda filmə -1989-cu ildə ekrana çıxan məşhur Amerika fantastik komediyasının davamına - "Bill və Tedin inanılmaz sərgüzəştləri"nə çəkilir.

Yeni rol üçün Rivz tanınmaz hala düşməli olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR