Nəsrin Cavadzadə bunu edən ilk azərbaycanlı aktrisa olacaq

9-12-2019, 11:00 40 dəfə baxılıb

Nəsrin Cavadzadə bunu edən ilk azərbaycanlı aktrisa olacaq

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Berkun Oyanın "Netflix" üçün hazırladığı layihədə rol alacaq.

Ekran işi sosial problemlərdən bəhs edəcək.

8 bölümdən ibarət serialın prodüserləri Ali Farhonde və Nisan Ceren Göçendir. Adı hələlik dəqiqləşməyən ekran işinin önümüzdəki il yayınlanması planlaşdırılır.

Qeyd edək ki, layihə gerçəkləşərsə, N.Cavadzadə "Netflix" platformasında yayımlanan serialda rol alan ilk azərbaycanlı aktrisa olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR