Əşrəf "Real"a qayıtmağa hazırdır

12-03-2020, 11:00 202 dəfə baxılıb

Əşrəf "Real"a qayıtmağa hazırdır


İcarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Əşrəf Hakimi müqavilə ilə məxsus olduğu Madrid "Real"ına qayıtmağa hazır olduğunu açıqlayıb.

Mərakeşli müdafiəçi "kral klubu"nun onu geri çağırmayacağı halda, başqa komandaya keçəcəyini deyb:

"Madrid mənim evim kimidir. Orada gözəl günlər keçirmişəm. "Real" geri dönməyimi istəsə, qayıda bilərəm. Əgər bunu istəməsələr, hekayəmi başqa klubda davam etdirməli olacağam. Zinəddin Zidana hər zaman minnətdar olmuşam".

21 yaşlı futbolçu bu mövsüm "Borussiya"da 36 oyunda 7 qol vurub, 10 assist edib. Hakiminin Dortmund klubu ilə icarə müqaviləsi iyunun 30-da başa çatır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR