600-dək İŞİD-çi rusların qorxusundan Avropaya qaçmağa çalışır

4-10-2015, 12:59 690 dəfə baxılıb

600-dək İŞİD-çi rusların qorxusundan Avropaya qaçmağa çalışır












Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov bildirib ki, 600-dək İŞİD silahlısının terror qruplaşmasının nəzarəti altında olan Suriya ərazilərini tərk etdiyi qeydə alınıb

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin press-relizində bildirilir.

Andrey Kartapolov qeyd edib ki, silahlılar mövqelərini tərk edərək Avropaya keçməyə çalışırlar.

“Kəşfiyyat silahlıların terror qruplaşmasının nəzarəti altında olan Suriya ərazilərini tərk etdiyini qeydə alıb” - deyə Kartapolov bildirib.

General İŞİD sıralarında çaxnaşma və fərariliyin hökm sürdüyünü qeyd edib.

“600-dək muzdlu silahlı mövqelərini tərk edərək Avropaya keçməyə cəhd göstərir” - deyə o qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR