Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər

23-05-2019, 22:44 380 dəfə baxılıb

Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər



Erməni qəzeti "Jamanak" yazır ki, tanınmamış “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən devirilməsi məqsədi ilə sui-qəsd məsələsini müzakirə edirlər.

Virtualaz.org bildirir ki, “Novosti Armeniya” qəzetin yazdıqlarını sitat gətirib.

Qeyd olunur ki, sui-qəsd müzakirəsi "Oqanovski" kimi tanınan "DQR" müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən "Ermənistanın məşhur oligarxlarından birinin malikanəsində” təşkil edilib.

Qəzetin yazdığına görə, əvvəllər Respublika partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları "Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər".



Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında "narahatlıqlar var". Bununla belə, o, əlavə edib ki, " bu haqda çox açıq" danışmaq olmaz”.

Jurnalistlərin “Sui-qəsdlə məşğul olanlar xarici yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, "onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar".

Daha əvvəl, 20 mayda isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, onun siyasi opponentləri Qarabağda Ermənistanla “DQR” arasında qarşıdurma yaratmaq üçün ona qarşı "yalan təbliğat" aparacaqlar. O bunu məhz kimlərin edəcəyini dəqiqləşdirməmişdi, lakin bəyan etmişdi ki, "Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı və Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı olaraq bu sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR