Ermənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank - VİDEO

17-06-2019, 22:28 511 dəfə baxılıb

Ermənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank - VİDEO


Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən erməni hərbi birləşmələri bu gün hərbi təlimlərə başlayıb.

Azerbaycanrealligi.com Ermənistan mediasına istinadən xəbər verir ki, təlimlərdə 10 min erməni əsgər, 200-dən çox artilleriya, 150 zirehli texnika, 50-dən artıq hava Hücumundan Müdafiə sistemi, 400-dən çox avtotexnika iştirak edir.

Bu gün başlayan təlimlər iyunun 20-dək davam edəcək. Təlimlərin videogörüntüləri separatçı rejimin adını daşıyan “Youtube” kanalında yayımlanıb.

Son günlər işğalçı Ermənistanın cəbhədə törətdiyi təxribatlar fonunda bu təlimlər diqqət çəkir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR