Öldüyü bildirilən Səud kralı ortaya çıxdı

15-10-2015, 14:12 825 dəfə baxılıb

Öldüyü bildirilən Səud kralı ortaya çıxdı










Bir neçə gün əvvəl zəhərlənərək sui-qəsdə məruz qaldığı bildirilən Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz geniş ictimaiyyətlə mətbuat qarşısına çıxıb

ANS PRESS-in məlumatına görə, 76 yaşlı kral paytaxt Riyadda “Qasrul Əmmarə”də (Əmirlər qəsri) ölkənin əmirləri və yüksəkçinli din adamları ilə görüşüb. Dəvətdə iştirak edən qonaqlar arasında Məscidi Haramın imamı Əbdürrəhman əs Sudeys və Yəmən hərəkatında əsas plana çıxan müdafiə naziri Məhəmməd bin Salman da olub. Səhhətində heç bir problem olmadığı müşahidə olunan kral Salman qonaqlarına müxtəlif məsləhətlər verib.
Qurani Kərim qiraəti ilə başlayan tədbirin davamında əsasən son günlər baş vermiş hadisələr müzakirə olunub. Səudiyyə Ərəbistanının baş müftisi, din alimləri, polis rəisləri və əmirlər kral Salman bin Abduləzizin nəsihətlərini dinləyiblər.
Bir neçə gün əvvəl mətbuatda Səudiyyə Ərəbistanını idarə edən kral ailəsində dövlət çevrilişinə cəhd olması barədə iddialar yayılmışdı. İsrail xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Defkafile” saytı kral Salman bin Abduləzizin yaxın qohumları tərəfindən zəhərləndiyini yazmışdı. Xəbər mənbəyi həmçinin, kralın huşsuz vəziyyətdə Riyad xəstəxanalarından birinin reanimasiya şöbəsində yatdığını vurğulanışdı. Səud kralın əzələ nümayiş etdirdiyi bu tədbirin həmin iddialara cavab mahiyyəti daşıdığı qeyd edilir.
Bu il yanvar yayının 23-də Səudiyyə Ərəbistanının kralı Abdullah bin Abduləzizin vəfat etməsi ilə onun yerinə qardaşı Salman bin Abduləziz keçmişdi. Kral Salmanın taxta çıxan kimi apardığı bəzi islahatlar, Səud ailəsində etirazla qarşılanmış, oğlu Məhəmməd bin Salmanı müdafiə naziri təyin etməsi isə bu etirazları pik həddə çatdırmışdı. Səudiyyə Ərəbistanının Yəməndə keçirdiyi hərbi əməliyyatlar isə hakimiyyətə qarşı etirazları beynəlxalq müstəviyə daşımışdı.
Ən son Həcc mövsümündə Məkkə şəhərində minlərlə zəvvarın ölümünə səbəb olan 2 bədbəxt hadisə isə kral Salmanın ölkə idarəçiliyindəki səriştəzisliyi məsələsini yenidən gündəmə gətirib.
Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı.
Daha sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi.
Bundan sonra Səud ailəsinin mənsubu olan şahzadələrdən biri son günlər kral ailəsində ciddi narahatlıqlar yarandığını, bunun kralın vəzifəsindən uzaqlaşdırılmasına qədər gedə biləcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, “The Guardian” qəzetinə açıqlama verən, təhlükəsizlik səbəbindən adının məxfi qalmasını istəyən şahzadə neftin ucuzlaşmasının, Yəmən hərəkatının, kran qəzasının və Minada izdiham facəsinin ailədə narahatlığa səbəb olduğunu demişdi.
Ölkənin qurucusu Abduləziz bin Səudun nəvəsi olduğu bildirilən şahzadənin yaxın günlərdə kralın tutduğu vəzifədən uzaqlaşdırılması üçün ailə böyüklərinə iki məktub yazdığı qeyd edilib. Xəbər mənbəyi qeyd edir ki, şahzadə, yanvarda vəzifəyə gələn kral Salmanın yaxşı idarəçi olmadığını vurğulayıbmış.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR