Lukaşenko: ABŞ ilə münasibətləri “yeni səhifədən” qurmalıyıq

30-08-2019, 13:34 348 dəfə baxılıb


Lukaşenko: ABŞ ilə münasibətləri “yeni səhifədən” qurmalıyıq
Belarus lideri Aleksandr Lukaşenko Amerika prezidentinin müşaviri Con Boltonla görüşündə, Belarusun ABŞ ilə münasibətləri "yeni səhifədən" başlamaq təklifini irəli sürüb.

FaktXəbər-in məlumatına görə, "səfəriniz ətrafında gedən bütün səs-küylərə baxmayaraq, burada, xüsusən də Belarus üçün müsbət hallar çoxdur. Müsbət odur ki, bizi heç kim günahlandırmayacaq ... ABŞ ilə münasibətlərimizin pisləşdiyi andan bu pis səhifəni bağlamağı və münasibətlərimizi yeni səhifədən başlamağı təklif edirik", -deyə BELTA Lukaşenkodan sitat gətirib.

O, ikitərəfli münasibətləri açıq və səmimi şəkildə müzakirə etməyi təklif edib.

“Qoy bunlar Belarus üçün xoşagəlməz olsun, amma siz onları nəzərə almalısınız. Gələcək əməkdaşlığımız üçün, o cümlədən Birləşmiş Ştatlar üçün çox xoş olmaya biləcək məsələlərin hamısını səmimi və vicdanla müəyyənləşdirəcəyəm", - deyə Lukaşenko əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR