Lukaşenko Belarusu 15 milyard dollara ABŞ-a satır?

2-09-2019, 17:20 312 dəfə baxılıb

Lukaşenko Belarusu 15 milyard dollara ABŞ-a satır?



Xəbər verildiyi kimi, avqustun 29-da ABŞ Prezidenti D.Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Belarus paytaxtı Minskdə ölkə prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib. Görüş barədə verilən rəsmi məlumatlarda əsas diqqəti çəkən(oxu: yayındıran) Belarus liderinin ABŞ prezidenti D.Trampa, onun xanımına, eləcə də Boltonun özünə hədiyyələr verməsi olub. Və belə çıxır ki, danışıqlarda elə bir ciddi nəticəyə gəlinməyib…

Lakin Moderator.az-ın bəzi xarici mənbələrə istinadla əldə etdiyi informasiyalarda çox gözlənilməz iddialar səslənir. Həmin məlumatlarda bildirilir ki, insayderlər danışıqların gizli protokollarını ələ keçiriblər. Və iddia olunur ki, görüşün əsas leytmotivi Belarus liderinin ABŞ dövlətindən onu Rusiyanın təzyiqlərindən qorumaq yalvarışı üzərində köklənib.

Məsələn, guya Lukaşenko C.Boltona deyib:

“Belarusa Kremlin təzyiqlərindən müdafiə olunmaq üçün kömək lazımdır…”

“Belarus neft və qazı ABŞ-dan almağa hazırdır…”

Lukaşenko ABŞ hökumətindən 15 milyard dollar istəyib və bunun əvəzində inteqrasiya layihələrində üzvlüyünü(yəqin ki, söhbət əsasən Avrasiya İqtisadi İttifaqından və BRİKS-dən gedir) donduracaq.

Lukaşenko ailəsinə qarşı ABŞ sanksiyalarının aradan qaldırılması məsələsi də müzakirə edilib.

Lukaşenko Çinlə də əməkdaşlıqdan narazılığını ifadə edib və bunun kompensasiyası olunacağı təqdirdə çinliləri Belarusdan qovmağa hazır olduğunu bəyan edib.

2020-ci ilin mayında səfirlərin geri qaytarılması razılığına gəlinib. Və Belarus prezidenti Vaşinqtona rəsmi səfərdən çox məmnun olacağını ifadə edib.

Minskdə “USAİD” və Marşal fondlarının ofisləri açılacaq.

Lukaşenko ABŞ rəsmisinə gələcək seçkiləri Amerikada olduğu kimi vicdanla keçirəcəyinə söz verib…
Və s.

P.S. Görünən odur ki, Putinin də, postsovet məkanındakı bala diktatorların da kürkünə bu dəfə birə çox pis darışıb…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR