Gürcüstanın yeni baş naziri məlum olub - daxili işlər və müdafiə nazirləri də dəyişib

3-09-2019, 13:23 337 dəfə baxılıb

Gürcüstanın yeni baş naziri məlum olub - daxili işlər və müdafiə nazirləri də dəyişib


Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub.

G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir.

***

Gürcüstanın daxili işlər və müdafiə naziri vəzifələrinə yeni təyinat olub.

“Report”un yerli bürosu xəbər verir ki, Vaxtanq Qomelauri daxili işlər naziri, İrakli Qaribaşvili isə müdafiə naziri vəzifəsinə təyin olunub.

V.Qomelauri əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, İ.Qaribaşvili isə hakim Gürcü Arzusu Partiyasının siyası katibi vəzifəsində işləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR