Dövlətləri qoruyan gizli əl: Silah və milyardlar onlarda...

5-09-2019, 11:00 322 dəfə baxılıb

Dövlətləri qoruyan gizli əl: Silah və milyardlar onlarda...


Dünyanın ən təhlükəsiz və inkişaf etmiş ölkələri bunu həm də güclü kəşfiyyat orqanlarına borcludur.

Kəşfiyyat orqanları, gizli fəaliyyət göstərən, hətta bəzən bir ölkəni xilas edən xəfiyyə işçiləri həmişə insanların maraq dairəsində olub. Bir dövlətin müəyyən gücə sahib olmasında və onun ön sırada olan dövlətlərdən hesab edilməsində güclü kəşfiyyat orqanına sahib olması mühüm rol oynayır. Dünyada 20-ci əsrdən başlayaraq ölkələr ayrıca kəşfiyyat orqanlarını yaratmağa başlayıblar. Bundan əvvəl isə həmin vəzifəni diplomatlar, daha əvvələ getsək, tacirlər və dərvişlər yerinə yetirib. Çünki onların vəzifəsi bir növ xəbər toplamaqdan ibarət olub. Kəşfiyyat dedikdə hərbi kəşfiyyat, xarici kəşfiyyat , əks-kəşfiyyat nəzərdə tutulur.

“Cümhuriyət” xəbər verir ki, hazırda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) dünyada ilk sırada dayanan kəşfiyyat qurumudur. Bu qurum 1947-ci il sentyabrın 18-də yaradılıb. İdarənin əməkdaşlarının sayını gizlin saxlasalar da, onların təxminən 20 min nəfər olduğu güman edilir. Bundan əlavə CIA-nın bir sıra analitik mərkəzlərlə əməkdaşlıq etdiyi də bildirilir. Qurumun illik büdcəsi 75 milyard dollardır.

Lakin bildirək ki, bu, ilk yaranan kəşfiyyat orqanı deyil. İlk dəfə Kayzer Almaniyası xüsusi kəşfiyyat orqanı yaradıb. Bunun ardınca isə bir çox ölkələrdə ixtisaslaşmış kəşfiyyat orqanı fəaliyyət göstərməyə başlayıb. Kəşfiyyat orqanları büdcələrinə görə də bir-birindən fərqlənir. Lakin illik büdcənin məbləği kəşfiyyat orqanının güc göstəricisi deyil. Kəşfiyyat gücünə görə bəzi dövlətlər var ki, ilbəil yerlərini dəyişə bilirlər. Ümumilikdə isə güclü kşfiyyat sisteminə malik olan dövlətlərə aşağıdakıları göstərmək olar:



Britaniya kəşfiyyatı. Britaniya kəşfiyyatı Gizli Kəşfiyyat Xidməti (Secret İntelligence Service) və ya “MI-6” ( Millatry İntelligence, Section 6) adlanır. 1909-cu ildə yaradılıb. “MI-5”-dən fərqli olaraq “MI-6”-nın vəzifəsi xarici kəşfiyyatı toplamaqdır. Üzvləri təxminən 2500 nəfər, büdcəsi isə 2-3 milyard arasındadır.

ISI Pakistanın kəşfiyyat orqanıdır. Qurum 1947-ci il müharibəsi zamanı Hindistana qarşı mübarizədə hərbi gücü artırmaq məqsədilə yaradılıb. 1948-ci yanvarın 1-də ildən başlayaraq ayrıca qurum kimi fəaliyyətə başlayıb. Bəzən dünyanın ən güclü kəşfiyyat orqanı adlandırılır. MKI ilə geniş əməkdaşlıq edir. İllik büdcəsi isə gizli saxlanılır.

Dünyanın ən məşhur kəşfiyyat orqanlarından biri də İsrailə məxsusdur. Bu kəşfiyyat orqanı Mossad adlanır. 1949-cu il dekabrın 19-da yaradılıb. Rəsmi olaraq 1200 əməkdaşının olduğu məlumdur. Lakin “sleeper” agentləri ilə birgə 30 min əməkdaşının olduğu da iddia edilir.

Federal Kəşfiyyat Xidməti Rusiyanın ən güclü kəşfiyyat orqanıdır. Bəzən ən güclü kəşfiyyat orqanı olaraq Rusiyanın Baş Kəşfiyyat İdarəsi götürülsə də, FTX hazırda ilk sıradadır. 1995-ci il aprelin 15-də prezident Boris Yeltsin tərəfindən yaradılıb və hazırda illik büdcəsi 3,2-3,3 milyard dollardır.

BND (Bundesnachrichtendienst) isə Almaniyanın Federal Kəşfiyyat Xidmətidir. 1956-cı il aprelin 1-də yaradılıb və xarici kəşfiyyat agentliyi hesab edilir. İllik büdcəsi 500-600 milyon dollardır.

Çin Dövlət Təhlükəsizlik Nazirliyi 1983-cü il iyulda yaradılıb. İllik büdcəsi 4,2-4,3 milyard dollardır. Bu qurum həm daxili, həm də xarici kəşfiyyat sahəsinə nəzarət edir. Qurumun mərkəzi orqanı Pekində yerləşir. MSS-nin ABŞ, Kanada, Şimal və Qərbi Avropa, Yaponiyada 120-dən artıq agent mərkəzlərinin olduğu iddia edilir.

RAW Hindistanın Xarici Kəşfiyyat Agentliyidir. 1968-ci il sentyabrın 21-də yaradılıb. Büdcəsi gizli saxlanılır. 1962-ci ildə Hindistan-Çin və 1965-ci ildə isə Hindistan-Pakistan müharibəsində qeydə alınmış kəşfiyyat boşluğunu doldurmaq üçün təsis edilib.

DGSE Fransanın Xarici Təhlükəsizlik İdarəsidir. 1982-ci il aprelin 2-də yaradılıb. Fransanın Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. İllik büdcəsi təxminən 600-700 milyon dollardır. Qurumun təxminən 5 min əməkdaşının olduğu bildirilir.

ASİS (Australian Secret Intelligence Service) Avstriyanın xüsusi xidmət orqanıdır. 1952-ci il mayın 13-də yaradılıb. İllik büdcəsi 468,5 milyon dollardır. Qurumun fəaliyyəti 20 il gizlədilib. Əsas fəaliyyəti əks-kəşfiyyatdan ibarətdir.

Yaponiyanın milli kəşfiyyat orqanı olan PSIA (Public Security Intelligence Agency) isə 1952-ci il iyulun 21-də yaradılıb. Əməkdaşları hazırda təxminən 1646 nəfərdir. İllik büdcəsi 15,039,257,000(4,7-4,8 milyard dollar) yendir.



CİSEN (Centro de Investigacion y Seguridad Nacional) Meksikanın kəşfiyyat orqanıdır. 1989-cu il fevralın 13-də yaradılıb və 2019-cu ildəki büdcəsi 128 milyon dollardır. Əməkdaşları isə təxminən 3 600 nəfərdir.

AİSE İtaliyanin kəşfiyyat xidmətidir. 2007-ci ildə yaradılıb. İllik büdcəsi 2,2-2,3 milyard dollardır.

NDB İsveçrənin kəşfiyyat orqanıdır. 1848-ci ildə yaradılıb. Əməkdaşları rəsmi şəkildə 303 nəfərdir.

CSIS(Canadian Security Intelligence Service) Kanadanın gizli xidmətidir. 1984-cü il iyunun 21-də yaradılıb. Rəsmi əməkdaşları 2 449 nəfərdir. İllik büdcəsi isə 2016-2017-ci illərdə 589,4 milyon dollar olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR