Keçmiş MMA çempionu Fransa prezidentinə:Boynunu toyuq kimi üzərəm

5-09-2019, 19:35 337 dəfə baxılıb


Keçmiş MMA çempionu Fransa prezidentinə:Boynunu toyuq kimi üzərəm
Braziliyalı keçmiş MMA və ciu-citsu çempionu, eyni zamanda ölkənin beynəlxalq turizm üzrə səfiri Renzo Qrasie Fransa Prezidenti Emmanuel Makron və onun keçmiş köməkçisi Aleksandr Benalın boynunu qıracağını deyib.

"İz.ru" xəbər verir ki, bu barədə yerli BFMTV kanalı video yayımlayıb.

Qarsiye son vaxtlar Amazon meşələrindəki yanğınla bağlı Makronla ciddi gərginlik yaşayan Braziliya Prezidenti Jair Bolsonaruya yaxın adamdır.

O, sözügedən kanalda yayımlanan videoda Makron və köməkçisinə səslənib: "Buradakı yeganə yanğın braziliyalıların və prezidentimizin qəlbində yanan alovdur, təlxək. Bura gəlin, boynunuzu toyuq boynu kimi üzüm".

Fransada mitinqçilərin döyülməsindən sonra başlayan qalmaqallar səbəbilə istefa verən Yelisey sarayının keçmiş əməkdaşı Benal isə ona "Twitter" hesabı vasitəsilə cavab verib: "Renzo Qrasiye, deyəsən, ağzınız çox böyükdür. İstəyirsinizsə, rinqdə görüşə bilərik. Sözləriniz keçmiş idmançıya yaraşmadı".

Qeyd edək ki, bu, son illərdə Fransa və Braziliya arasındakı ilk konflikt deyil. İyulda Bolsonaru Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ilə görüşməkdən imtina etmiş, qrafikinin dolu olduğunu bildirmişdi. Makron isə G7 sammitində meşə yanğınları məsələsini qaldırmış, Braziliyanı iqlim dəyişiklikləri ilə bağlı məsuliyyətsizlikdə ittiham etmişdi. G7 iştirakçıları kömək üçün 20 milyon avro təklif etsələr də, Braziliya bundan imtina etmişdi.(Oxu.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR