ABŞ cəsusu Putinin yanına necə sızıb?

11-09-2019, 13:21 300 dəfə baxılıb

ABŞ cəsusu Putinin yanına necə sızıb?

ABŞ-ın Rusiya hökumətindəki agentinin kimliyi ilə bağlı yeni iddialar ortaya atılıb. İddialara görə, Vaşinqtonun Rusiya hökumətindəki cəsusu Oleq Smolenkov ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Məlumata görə, Oleq dövlət başçısı Vladimir Putinin köməkcisi Yuri Uşakovla birlikdə əvvəlcə Rusiyanın ABŞ-dakı səfirliyində, ardınca isə Kremldə işləyib. İddialara görə, prezident adminstrasiyasında işləyən cəsusun hətta Putinin otağına girmək səlahiyyəti olub. CNN televiziyasının məlumatına görə, Oleq 10 il ərzində ABŞ-a bəzi məlumatlar sızdıra bilib. Lakin onun məlumatlarının əksəriyyəti doğru olmayıb. Bu üzdən prezident Donald Tramp onun fəaliyyətinə son verib.


Qeyd edək ki. 2017-ci ildə Oleq Smolenkov ailəsi ilə Monteneqroya yollanıb və bir daha ondan xəbər almaq mümkün olmayıb. Məsələni araşdıran Rusiya kəşfiyyatı onun sağ olduğunu dəqiqləşdirib. Oleqin hazırda Vaşinqton yaxınlığında, dövlətin mühafizəsi altında yaşadığı irəli sürülür. CNN televiziyasının iddiasına görə, Oleqi ABŞ kəşfiyyatı Rusiyadan qaçırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR