Asiyada zəlzələnin qurbanlarının sayı 360 nəfəri keçdi - YENİLƏNİB

27-10-2015, 12:16 815 dəfə baxılıb

Asiyada zəlzələnin qurbanlarının sayı 360 nəfəri keçdi - YENİLƏNİB

















Zəlzələnin maqnitudası 7,5 baldır

Əfqanıstanda zəlzələ zamanı ölənlərin sayı 360 nəfərə çatdı: 90 Əfqanıstan sakini və 270-dən çox pakistanlı.

Xəsarət alan Pakistan sakinlərinin sayı iki mindən çoxdur, bu barədə Pakistanın “Nation” qəzeti yazıb.

Böyük Britaniyada səfərdə olan Pakistanın baş naziri Navaz Şərifin faciənin nəticələrinin aradan qaldırılması, xüsusilə də zərərçəkənlərin xilas edilməsinin təşkili üçün təcili şəkildə ölkəsinə qayıtdığı barədə məlumat yayılıb.

Qeyd edək ki, oktyabrın 26-da Əfqanıstan vaxtı ilə 13:39-da zəlzələ baş verib.

Avropa-Aralıq dənizi seysmoloji mərkəzin məlumatına əsasən, təbii fəlakətin mərkəzi Kabuldan 259 km şimali-şərqdə Gindukuş dağlarında 190 km dərinlikdə olub. Güclü təkanlar Cənubi və Orta Asiya ölkələrində, o cümlədən də Hindistan və Tacikistanda hiss edilib.

27.10.2015

Asiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 263-ə çatıb.

azinfo.tv xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan hakimiyyəti ölkədə ölənlərin sayının 228-ə çatdığı barədə məlumat yayıb. Mindən çox insan xəsarət alıb.

Əfqanıstanda ölənlərin sayının 33, yaralananların isə 200 olduğu bildirilir.

Qeyd edək ki, 7,5 bal gücündə zəlzələnin episentri Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

19:18

Asiyada baş verən güclü zəlzələ nəticəsində son məlumata görə, 180 nəfər ölüb.

Bu barədə Associated Press məlumat yayıb.

Pakistan hakimiyyəti ölkədə ölənlərin sayının 145-ə çatdığı barədə məlumat yayıb.

Qeyd edildiyi kimi yalnız Hayber-Paxtunxva əyalətində 121 nəfər ölüb.
ABŞ geoloji xidmətinin verdiyi məlumata əsasən, zəlzələnin maqnitudası 7,5 bal gücündə olub.

Daha öncə Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində ölənlərin sayının 100-dən artıq olduğu barədə məlumat yayılmışdı.

17:15

Zəlzələdən sonra yaranan sıxlıqda 12 qız ölüb.

Reuters-in məlumatına görə, onlar məktəb binasını tərk etmək istəyiblər.

KİV təbii fəlakət nəticəsində çoxsaylı həlak olanlar və yaralıların olması barədə məlumat yayıblar.

“Biz artıq 50 yaralı qəbul etmişik, bizə daima yeni xəsarət alanları gətirirlər. Onlar binanın uçması nəticəsində çoxsaylı xəsarətlər alıblar”, - agentlik Pakistanda Pişəvər xəstəxanasının nümayəndəsinin sözlərindən sitat gətirib.

Əksər ölüm hallarının və xəsarətlərə səbəb məhz tikililərin aşması olub.

Pakistanın Dawn qəzetinin məlumatına görə, Əfqanıstanda və Pakistanda zəlzələnin qurbanı 52 nəfər olub. Nəşr episentrin Kabuldan 254 kilometr şimali-şərqdə Gindukuş dağlarında olması barədə məlumat yayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR