Bayden: Tramp seçilsə NATO dağılacaq

16-10-2019, 14:38 379 dəfə baxılıb

Bayden: Tramp seçilsə NATO dağılacaq

Amerika lideri Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələrsə, NATO mövcud olmayacaq. FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidentliyinə namizəd və keçmiş vitse-prezident Co Bayden belə hesab etdiyini bildirib.

“Əgər (Tramp) yenidən seçilsə, sizə NATO-nun olmayacağını vəd edirəm. ... Həqiqi problemlərimiz olacaq" deyə demokrat debatı zamanı bəyan edib.

O, həmçinin Ağ Evin hazırkı rəhbərini xarici siyasətdə heç nə anlamayan və öz təkrar seçilmə üçün hərəkət edən "ekssentrik, çılğın bir prezident" adlandırıb.

Bayden Trampın NATO-nu tənqid etdiyini və eyni zamanda rusiyalı həmkarı Vladimir Putin haqqında müsbət danışdığını vurğuladı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR