Müxalifətçilər hakim partiyadan olan deputatların ofislərini qıfıllayırlar

22-11-2019, 18:26 305 dəfə baxılıb

Müxalifətçilər hakim partiyadan olan deputatların ofislərini qıfıllayırlar
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası və ictimai fəallar hakim Gürcü Arzusu Partiyasından olan majoritar deputatların ofislərini qıfıllamağa başlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, digər müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri də aksiyaya qoşulublar.

Bir neçə deputatın ofisinin qarşısında müxalifətçilər və polis arasında qarşıdurma baş verib. Etirazçılar bəzi deputatların ofislərinin qapılarından qıfıl asmağa müvəffəq olublar.

Qeyd edək ki, qonşu ölkədə etirazlar noyabrın 14-dən etibarən başlayıb. Buna səbəb hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə qəbul edilməməsi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR