“NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”

3-12-2019, 14:04 367 dəfə baxılıb

“NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”

"NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

"NATO-nun yenilənməyə ehtiyacı var. 2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir: "Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR